Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin qadın olsaydı, vəziyyət başqa cür olardı" - Conson
"Putin qadın olsaydı, vəziyyət başqa cür olardı" - Conson

Böyük Britaniyanın baş naziri Boris Conson əmin olduğunu bildirib ki, əgər Rusiya dövlətinin başında bir qadın olsaydı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin qarşısını almaq olardı.

Conson Rusiya Federasiyasının hazırkı lideri Vladimir Putini “zəhərli kişiliyin” nümunəsi adlandırıb.

Bizimyol.info xəbər verir ki,  siyasətçi bu fikri G7 sammitindən sonra Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib.

Britaniyanın baş naziri Rusiyanın işğalını “dəli maço müharibəsi” kimi qiymətləndirib.

"Əgər Putin qadın olsaydı, o belə çılğın maço müharibəsinə başlamazdı.  Və əgər siz toksik kişiliyin mükəmməl nümunəsini istəyirsinizsə, bu o adamdır, Putindir",- Conson bildirib.

Onun fikrincə, dünyada rəhbər vəzifələrdə daha çox qadın olmalıdır.

“Qərb müharibənin dinamikasını dəyişməyə kömək etmək üçün Ukraynanı hərbi strategiyasında dəstəkləməli və Kiyevə “əgər danışıqlar baş tutarsa, danışıqlar üçün ən yaxşı imkanlar” verməlidir”,-deyə Conson bildirib.

Britaniyanın baş naziri vurğulayıb ki, G7  ölkələri artıq Ukraynanı işğalçı Rusiya ilə strateji qarşıdurma üçün bütün lazımi vasitələrlə təmin etmək barədə razılığa gəlib.

"Eyni zamanda, biz əmin olmaq istəyirik ki, biz Ukraynaya gələcək üçün zəmanət verməyə hazırıq. Onlar  NATO silahlarını, kəşfiyyat məlumatlarını və s. alacaqlar",- Conson deyib.

Xatırladaq ki,  siyasətçi elə həmin müsahibəsində Rusiyanın Kremençuqdakı ticarət mərkəzinə zərbə endirməsinə münasibət bildirib. Conson  işğalçıların hərəkətlərini tam barbarlıq adlandırıb.

Eyni zamanda Conson vurğulayıb ki, faciə G7-nin digər üzvlərinə Ukraynaya hərbi yardımın nə qədər vacib olduğunu çatdırmağa “kömək edib”.

Britaniyanın baş naziri hesab edir ki, əgər Böyük Britaniya Avropa İttifaqının üzvü olmağa davam etsəydi, ölkəsi Rusiya Federasiyasına qarşı mübarizədə Kiyevə indiki kimi kömək edə bilməzdi.

Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski dünyanı Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »