Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya və İsveç Türkiyənin tələbini qəbul edib
Finlandiya və İsveç Türkiyənin tələbini qəbul edib

Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.

APA-nın verdiyi xəbərə görə, bu barədə Madriddə üç ölkə arasında imzalanan memorandumda deyilir.

Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.

Bundan əlavə, isveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »