Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyanın “Rostec” dövlət korporasiyasına qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

““Rostec”ə birbaşa və ya dolayısı ilə məxsus olan 50% və ya daha çox bütün təşkilatlar, hətta kimliyi bilinməsə də, bloklanır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, dövlət korporasiyası ilə əməliyyatlara 11 avqust 2022-ci il tarixinədək icazə verilib.

Bundan başqa, sanksiya siyahısına Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov və teleaparıcı Tina Kandelaki də daxil olmaqla 57 rusiyalı əlavə edilib.

Dərc edilmiş siyahıda Serdyukovun özündən başqa, həyat yoldaşı Yevgeniya Vasilyeva və iki uşağı göstərilir.

Sanksiyalar Kandelakinin keçmiş əri, biznesmen Andrey Kondraxin və onların qızı Melaniya Kondraxinə, eləcə də aparıcının hazırkı əri, “Rostec”in media meneceri və ümumi direktoru Vasili Brovkoya da şamil edilib.

Sanksiyalara həmçinin "Kamaz"ın baş direktoru Sergey Koqoqin, qondarma "DXR"in baş naziri Vitali Xotsenko, Rusiya təhsil nazirinin müavini Dmitri Afanasyev və bir sıra digər şəxslər də daxildir.

Son xəbərlər
Bütün xəbərlər »