Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hamımız bir çox hallarda təslim olmaq istəyirik"
"Hamımız bir çox hallarda təslim olmaq istəyirik"

Güvən insanların zamanla başa düşdüyü acı həqiqətlərdən biridir. Ən çox güvəndiyiniz insan belə bir gün etibarınızı itirəcək. Bir daha heç vaxt güvənməyəcəyinizi söyləsəniz belə, bir gün təkrar güvənəcəksiniz.

Pablo Neruda deyirdi ki, həyatda heç bir zaman bir başqasına bütün mənliyinlə güvənmə. Çünki heç kim sənə bütün mənliyi ilə görünməz. Goldinq isə deyirdi ki, “səni bağışlayacaq qədər güclüyəm, amma təkrar güvənəcək qədər ağılsız deyiləm".

Kimə güvənməliyik, kim bizim hisslərimizə önəm vermədən aldada bilər? İnsanlarla necə davranmalıyıq ki, nəticədə yara alan biz olmayaq?

Psixoloq Fuad Əsədov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, cəmiyyətin davranışını müəyyən edən ən əsas şeylərdən biri insanların digər insanlara münasibəti və inamıdır. O, hesab edir ki, başqalarına inanmaq bəlkə də edə biləcəyimiz ən yaxşı davranışdır.

Fuad Əsədov Fuad Əsədov

“Valideynləri tərəfindən mütəmadi olaraq "sənin başın yoxdur, səndən adam olmaz" şəklində tənqidlər eşidən yeniyetmə zamanla dərslərdən uzaqlaşır və vaxtını boş-boşuna keçirməyə başlayır. Həyat yoldaşı tərəfindən daima qısqanılan və nəzarət altında tutulan biri bir müddət sonra həqiqətən də yoldaşını aldatmağa başlayır. Ya da, müdiri tərəfindən davamlı olaraq tənqid edilən və ən xırda səhvinin də şişirdilərək fəlakətə çevrilməsinin şahidi olan bir işçi bir müddət sonra həqiqətən də işində bərbad olmağa başlayır. Dolayısıyla, bizim davranışlarımızı tənzimləyən ən önəmli faktorlardan biri də başqalarının bizə nə dərəcədə inanıb-inanmamasıdır”,- deyə F.Əsdəov izah edir.

Psixoloq Edison anasının hekayəsini xatırladaraq bildirir ki, uşaq vaxtı o, "bu uşaq əqli cəhətdən geridir" deyilərək məktəbdən çıxardılır. Amma anası ona deyir ki, sən əslində yüksək zəkasan, o məktəb sənə uyğun deyil deyə məktəbdən çıxarıldın. Və Edison da zaman içində böyük alimə çevrilir.

“Çünki hamımızın içində rahatlığa və həzzə yönəlik bir parça var. Hamımız bir çox hallarda təslim olmaq və çalışmamaq istəyirik. Amma, yaxşı davranışlarını bir çoxu üçün bunların tam tərsini etmək lazımdır. Özümüzü əziyyətə salmalı və bəzən bir çox həzzverici şeydən uzaq durmağımız lazımdır. Amma bu heç nəyi dəyişməyəcəksə? Ətrafımızdakı insanlar biz pis şey etməyəndə də, pis şeylər etdiyimizə inanırlarsa, mübarizə aparmağın da bir mənası qalmır”,- deyə psixoloq vurğulayır.

O, qeyd edir ki, biz ətrafımızdakı insanların içindəki həm işığı, həm də qaranlığı üzə çıxara bilərik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »