Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Almaniya müharibədən istifadə etmək qərarına gəlib"
"Almaniya müharibədən istifadə etmək qərarına gəlib"

“Almaniya hakimiyyəti yenidən silahlanmanı həyata keçirmək arzusunda olub. Elə bu səbəbdən də, planlarını həyata keçirmək üçün Ukrayna ətrafındakı münaqişə vəziyyətindən istifadə etmək qərarına gəlib”.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Civil Times Turning” alyansının fəalı Katarina Jessen müsahibəsi zamanı danışıb.

"Almaniya uzun müddətdir ki, yenidən silahlanma ilə bağlı qanunvericilik paketini qəbul etmək planını hazırlayır və indi əlverişli məqam seçib",- deyə Jessen bildirib.

Onun sözlərinə görə, bu paket Almaniya sakinlərinin Ukraynadakı münaqişə ilə bağlı fikirlərini hələ formalaşdırmadığı bir vaxtda “tələsik şəkildə təsdiqlənib”. O, bir çox Almaniya vətəndaşının bu ölkədə baş verənlərdən sarsıldığını vurğulayıb.

Bir müddət əvvəl isə, Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Almaniyanı IRIS-T hava hücumundan müdafiə sistemini Kiyevə köçürməyə razı sala bildiyini açıqlayıb. Diplomat bildirib ki, Ukrayna tərəfi ilk raket əleyhinə müdafiə sisteminin alınması üçün IRIS-T istehsal edən “Diehl Defence” şirkəti ilə müqavilə bağlamağa nail olub.

Melnik qeyd edib ki, dəyəri 178 milyon avro olan bu silahların pulunu Berlin özü ödəyəcək. Melnik Almaniyanın Ukraynaya 10 İRİS-T daşıyacağına da ümid etdiyini bildirib. Səfir bu hava hücumundan müdafiə sistemlərini dünyanın ən güclü sistemlərindən biri adlandırıb.

Bununla yanaşı, Kiyev Almaniyadan 100 “Panzerhaubitze” 2000 artilleriya qurğusu alacağını gözləyir. Ukraynanın müdafiə naziri Oleksey Reznikov bir müddət əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Almaniyanın Ph2000 haubitsalarını artıq alıb.

Qeyd edək ki, Almaniya hələ də Rusiya ilə isti münasibətlər saxlamağa çalışır. Amma beynəlxalq ictimai rəyin təzyiqi altında zaman-zaman Almaniya hökuməti Rusiyaya qarşı tədbirlərə qoşulur və Ukrtaynaya silah verir. Bununla belə, vacib ağır silahların Ukraynaya verilməsi hələ də təxirə salınır. Sonuncu dəfə Almaniya hökuməti bu silahların oktyabr ayında veriləcəyini bildirmişdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »