Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqında yeni era başlayır: Səsvermə qaydası dəyişəcəkmi?
Avropa İttifaqında yeni era başlayır: Səsvermə qaydası dəyişəcəkmi?

Avropa İttifaqı genişlənir. Bu genişlənmə fonunda ittifaq xarici siyasətdə yekdillik prinsipindən uzaqlaşmalı və üzv ölkələrin səs çoxluğu ilə getdikcə daha çox qərarlar qəbul etməlidir.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell Avropa Xarici Fəaliyyət Xidmətinin saytında belə bir islahatın zəruriliyi ilə bağlı köşə yazıb. Borrell qeyd edib ki, Aİ-nin genişlənməsi gündəmdədir. Çünki Ukrayna, Gürcüstan, Moldova və Qərbi Balkan ölkələrinin Avropa perspektivi tanınır.

Cozep Borrell Jozep Borrell

Onun sözlərinə görə, Aİ genişləndikcə, Avropa İttifaqında qərar qəbuletmə prosesində də islahatlar aparılmalıdır. Borell vurğulayıb ki, genişlənən Aİ hərəkətə keçməyi bacarmalıdır. Onun fikrincə, buna xarici siyasətdə və digər sahələrdə qərarların qəbulunda yekdillik qaydasının tətbiqini azaltmaqla nail olmaq olar. Borrell bildirib ki, daha çox qərarlar ixtisaslı səs çoxluğu ilə qəbul edilməlidir.

Borell yekdilliyin ağırlığını aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, Aİ mövqeyini müdafiə edərkən, bəzi amilləri vurğulayıb. Borellin fikrincə, Aİ-nin genişlənməsi mükafat  və ya güzəşt deyil, Avropa İttifaqının strateji marağıdır. Əvvəlki genişlənmə dalğaları tarixən baş verdiyi üçün Aİ-də institusional islahatlar aparılmışdı. Belə ki, Aİ əvvəllər yekdillik prinsipinin əvəzini uzun və zəif qərarlar qəbul etməklə ödəyib.

Rusiyanın Ukraynaya qarşı müharibəsi tarixi sürətləndirir. Aİ Rusiyanın genişmiqyaslı işğalından sonra ilk həftələrdə qətiyyətlə hərəkət edib, lakin sonra Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketinin qəbulu ilə problemlər başlayıb. Xüsusən də Vladimir Qundyayev (Patriarx Kirill) bu sanksiyaların təsiri altına düşmədi. Elə oldu ki, bir ölkə Şimali Makedoniya və Albaniyanın avrointeqrasiya prosesi ilə bağlı qərara mane oldu. Aİ-nin digər üzvləri bununla razılaşdılar. Əgər ölkələr qərarların səs çoxluğu ilə qəbul edilə biləcəyini əvvəlcədən bilsələr, danışıqlar aparmaq və konsensus axtarmaq üçün stimul olacaq. Hər hansı bir qərarı təkbaşına bloklaya biləcəklərini bildikləri zaman burada təşviq olmur.

Xatırladaq ki, may ayında İtaliyanın baş naziri Mario Draqi demişdi ki, Aİ islahatlara ehtiyac duyur. Qərarlar yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilməlidir. Bu mövqeyi iyun ayında Almaniya kansleri Olaf Şolz dəstəkləmişdi. Əgər bu səsvermə qaydası qəbul edilərsə, qurumda sürətli dəyişikliklər baş verəcək. Çünki 1-2 ölkənin veto hüququ keçərli olmayacaq.

Qeyd edək ki, iyunun 23-də Ukrayna və Moldova Aİ üzvlüyünə namizəd statusu alıblar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »