Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Donbass uğrunda döyüşlərdə Ukrayna məğlub olacaq"
"Donbass uğrunda döyüşlərdə Ukrayna məğlub olacaq"

Donbass uğrunda döyüşlərdə Ukrayna məğlubiyyətlə qarşılaşacaq. Çünki Ukrayna Silahlı Qüvvələrinin artilleriya üçün mərmi çatışmazlığı var.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə amerikalı analitiklər məlumat verib. Uzun müddət Ukrayna ordusu sovet dövründən qalan sursatlara arxalansa da, onun da sonu yaxınlaşır. Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına keçidi isə son dərəcə aşağı templə davam edir.

Yəni qoşunların artilleriya ilə tam təmin olunması Ukraynanın şərqindəki qarşıdurmanın nəticəsini müəyyən edəcək. Böyük Britaniyanın "The Guardian" nəşrinin ekspertləri hesab edir ki, Donbass uğrunda döyüş əsasən Rusiya və Ukrayna qoşunları arasında artilleriya duelinə çevrilib. Kiyevdə isə hazırda silah-sursat yoxdur.

122-152 mm çaplı sovet mərmiləri bəzi postsovet respublikalarında hələ də qalır, lakin Kreml onların Ukraynaya daxil olma imkanını əngəlləyib.

Avropa ölkələrinə gəlincə, onlar öz müdafiə imkanlarını qurban verməyə tələsmirlər. Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Vadim Skibitski bildirib ki, “Qərb tərəfdaşları” Ukraynaya öz artilleriyasının təxminən 10 faizini verib, amma təəssüf ki, bu, kifayət deyil. Çünki Ukrayna Silahlı Qüvvələri tərəfindən atılan hər mərmiyə görə on Rusiya mərmisi şəklində cavab verilir.

Bəzi analitiklərin fikrincə, Rusiyanın özü Ukraynadan qat-qat böyük ehtiyata malik olsa da, sursat təchizatında problemlərlə üzləşir.

NATO sistemlərinə keçidlə bağlı başqa bir problem isə təlimdir. Ukrayna M777 155 mm-lik haubitsa və ABŞ-ın təchiz etdiyi “Himars” kimi daha uzun mənzilli raket sistemlərini qəbul edərkən, Ukrayna qoşunları onlardan istifadə etmək üçün təlim keçməlidir.

Qeyd edək ki, Qərb hələ də Ukraynanı silahla təmin etmək sahəsində lazım olan cəsarəti nümayiş etdirə bilmir. Rusiyanın hədələri Qərbin bu məsələyə ehtiyatla yanaşmasına səbəb olur. Xüsusən də Almaniya Ukryanaya ağır silahlar vəd etsə də, onları göndərməyə tələsmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »