Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə iki neft yatağı aşkarlanıb, qaz hasilatı isə gələn il başlayacaq
Türkiyədə iki neft yatağı aşkarlanıb, qaz hasilatı isə gələn il başlayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada iki müxtəlif neft quyusunda 1 milyard dollar dəyərində “yüksək keyfiyyətli neft” tapıldığını elan edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı açıqlayıb və daha sonra “Tvitter”-də bu barədə paylaşım edib.

"Biz bu yaxınlarda Adanada neft üçün kəşfiyyat apardığımız iki quyuda yüksək keyfiyyətli neft aşkar etdik. Ehtiyyat neftin iqtisadi dəyəri təxminən 1 milyard dollardır",- deyə Türkiyə lideri yazıb.

Onun sözərinə görə, eyni zamanda 10 müxtəlif quyuda neft hasilatı prosesinə başlamaq üçün hazırlıq işləri aparılır.

Bundan əlavə, Ankara Türkiyə sahillərində Qara dənizin dibində qaz kəmərinin çəkilişinə başlandığını da elan edib. Artıq 2023-cü ilin birinci rübündə ölkə yeni yataqdan 10 milyon kubmetr qaz hasil etməyi gözləyir.

Qeyd edək ki, ölkə Qara dənizdə 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən on milyard dollar sərmayə qoymaq niyyətindədir. Xatırladaq ki, bu investisiyaların əsas məqsədi ölkənin enerji müstəqilliyini əldə etməkdir. Türkiyə Qara dəniz qazı ilə bütün ölkəni təmin etməyi planlaşdırır.

Bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirmişdi ki, 2022-ci ildə Qara dənizdə kəşf edilən Sakarya yatağından təbii qaz ölkənin bütün ərazilərinə axacaq. Energetika nazirinin sözlərinə görə, bu miqyasda və bu gücə malik müəssisə Avropada birinci yeri tutacaq.

Qeyd edək ki, hazırda Türkiyə enerji təchizatı sahəsində idxaldan çox asılıdır. Xüsusən qaz təchizatı sahəsində böyük miqyasda Rusiyadan asılı vəziyyətdədir. Hazırkı proseslər qardaş ölkənin öz ehtiyaclarını təmin etməsi, strateji planda isə qaz ixracatçısına çevrilməsini təmin edə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »