Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO sammiti öncəsi isveçli siyasətçidən Türkiyə əleyhinə qalmaqallı sözlər
NATO sammiti öncəsi isveçli siyasətçidən Türkiyə əleyhinə qalmaqallı sözlər

Keçmişdə terror təşkilatlarında çalışan və Qərb mediası tərəfindən “partizan” adlandırılan isveçli siyasətçi Emine Kakabaveh Böyük Britaniyanın “The Times” qəzetinə danışıb. NATO-nun kritik Zirvə toplantısından saatlar əvvəl gələn açıqlamalarda Kakabaveh həm Türkiyə prezidenti Ərdoğanı, həm də İsveç hökumətini tənqid edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mediası İsveç parlamentində müstəqil namizəd kimi qərar verici mövqedə olan və son həftələrdə hökumətin “vədlər” müqabilində yıxılmasının qarşısını alan Kakabavehin sözlərinin böhran yaradacağını bildirir.

Emine Kakabaveh Emine Kakabaveh (gənc yaşlarında və indi)

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra Ankara NATO-ya üzv olmağa hazırlaşan İsveç və Finlandiyanın üzvlük prosesinə veto qoymağa qərar verib və bu iki ölkənin terror təşkilatlarını dəstəklədiyini, mübarizədə kifayət qədər əməkdaşlıq etmədiyini açıqlayıb. Türkiyənin bu iki ölkədən başqa tələbləri olsa da, ən böyük gərginlik İsveç hökumətini barmağında oynadan Kakabavehlə yaşanıb.

İsveçli siyasətçi İsveç hökumətinin bu cür təşkilatlara daha çox dəstək verəcəyinə söz verib və bunun müqabilində etimadsızlıq səsverməsinin əleyhinə səs verərək hökumətin yıxılmasının qarşısını aldığını deyib. Türkiyə əleyhinə açıqlamaları ilə tanınan və Ərdoğanın ekstradisiyasını istədiyi adlardan biri olduğu düşünülən Kakabaveh İngiltərə mətbuatına danışıb.

Kakabaveh “Ərdoğanın tələblərinə boyun əyməkdənsə, İsveçin NATO-ya üzv olmamasını üstün tuturam. İsveçin Putindən bu qədər qorxduğuna inana bilmirəm. Onlar o qədər qorxurlar ki, inandıqları hər şeyi Ərdoğana buraxmağı düşünürlər”,- deyə bildirib.

Hələ də terror təşkilatları ilə əlaqəsi olan və hər fürsətdə terrorçulara dəstəyini ifadə edən Kakabaveh “Türkiyənin tələblərindən sonra İsveç hökumətinin onlara müqavimət göstərəcəyinə inancım azdır. Mən İsveçin baş naziri Maqdalena Anderssonun İsveçi NATO üzvü etmək üçün seçki imperativinə malik olduğuna inanmıram. Kürdlər və ya mənim kimi başqa mənşəli insanlar NATO üzvlüyünə üstünlük vermirlər. İsveçin Ərdoğanı razı salacaq şeylər etməyə çalışdığını görmək çox qəribədir”,- deyə əlavə edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »