Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada çətinə düşən Rusiya yenə dünyanı şantaj edir
Ukraynada çətinə düşən Rusiya yenə dünyanı şantaj edir

Ukraynada müharibə tam sürətlə davam edərkən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hədə-qorxu kimi açıqlamalar verib. Rusiyanın qırmızı xəttini izah edən Medveden 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, fevralın 24-də Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə Ukraynanın şərqində bütün sürəti ilə davam edir. Mariupol və Severodonetski ələ keçirən Rusiya qüvvələri ölkənin şərqindəki digər şəhərlərə də hücumlarını fasiləsiz davam etdirir. Qərb, xüsusən də ABŞ Ukraynaya silah verməkdə davam edərkən Rusiyadan çox mübahisəli xəbərdarlıq gəlib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Krım yarımadasına hər hansı müdaxilə 3-cü dünya müharibəsinə gətirib çıxaracaq. Bir müddət Rusiya prezidenti vəzifəsini də icra edən Dmitri Medvedev bu barədə Rusiya mətbuatına danışıb.

“Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Krıma təcavüz ölkəmizə qarşı müharibə elan etmək deməkdir. Əgər bunu NATO üzvü olan bir ölkə edərsə, bu, bütün Şimali Atlantika Alyansı ilə münaqişə, Üçüncü Dünya Müharibəsi deməkdir. Bu, tam bir fəlakətdir",- deyə Medvedev bildirib.

İsveç və Finlandiyanın mümkün NATO üzvlüyündən danışan Medvedev Rusiyanın cavab addımlarına hazır olduğunu bildirib və bu addımlar arasında adı çəkilən ölkələrin sərhədlərinə "İskəndər" hipersəs raketlərinin yerləşdirilməsinin də olduğunu vurğulayıb.

Ötən dövrdə İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedev, Rusiyanın bölgəyə İsgəndər raketləri, hipersəs silahları və nüvə bombaları ilə gəmilər göndərə biləcəyinə işarə edərək, bu ifadələri işlədib: “İsveç və Finlandiyanın NATO üzvü olduğu bir şəraitdə Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkün deyil”.

Medvedev həmçinin xəbərdarlıq edib ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum edəcək.

“Apokalipsis atlıları yoldadır” deyən Medvedev, Ukraynaya göndərilən raketlərin Rusiyanı hədəf alacağı təqdirdə hərtərəfli hücumla hədələyib.

Qeyd edək ki, ABŞ Ukraynaya 700 milyon dollarlıq silah yardımı çərçivəsində qabaqcıl raket sistemləri göndərəcəyini açıqlayıb. Ukraynaya göndəriləcək silahlar arasında 4 ədəd M142 Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) var. Bu raket sisteminin təqribən 70 kilometr mənzilə və Rusiya hədəflərini vurma qabiliyyətinə malik olduğu bildirilir.

Medvedev adətən, çox nadir hallarda ayıq olur. Çox vaxt açıqlamalarını da içkili vəziyyətdə verir. Onun açıqlamalrını Rusiyanın özündə də ciddi qəbul etmirlər. Medvedev Putinin oyuncaq məmuru kimi tanınır. Bununla belə, bəziləri hesab edir ki, Medvedev zaman-zaman Putinin mesajlarını çatdırır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »