Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotikin təsiri altında idarə edən avtobus sürücüsü həbs olundu
Narkotikin təsiri altında idarə edən avtobus sürücüsü həbs olundu

Avtobus sürücüsü narkotik maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməkdə ittiham olunur. Sürücü Rəşad Nəcəfov bu ittihamla həbs edilib.

Bizimyol.info xəbər verir ki, hadisə iyunun 23-də günorta saat 13.00 radələrində Bakı-Quba yolunda baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə.

Bakı-Quba yolunda hərəkətdə olan avtobus nəzarət qaydasında saxlanılıb.

Avtobusun sükanı arxasında Şamaxı rayon sakini Rəşad Nəcəfov olub. O, müayinəyə aparılıb və narkotik vasitə qəbul etməsi haqda rəy alınıb.

Bundan sonra Rəşad Nəcəfovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsilə inzibati xəta protokolu tərtib edilib. O, Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Daha sonra Rəşad Nəcəfov Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə avtobus sürücüsünə 15 sutka inzibati həba cəzası verilib. Əlavə cəza olaraq, o, 2 il sürücülük hüququndan məhrum edilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, avtobusu alkoqol, narkotik maddə təsiri altında idarə edən sürücülərlə bağlı tədbirlər davam edir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »