Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank VTB (Azərbaycan) ASC-dən təmir işlərinin görülməsi ilə əlaqədar açıq tender elanı
Bank VTB (Azərbaycan) ASC-dən təmir işlərinin görülməsi ilə əlaqədar açıq tender elanı

Bank VTB (Azərbaycan) ASC təmir işlərinin görülməsi ilə əlaqədar açıq tender elan edir.

Tender sənədləri ilə Bankın Xətai pr., 38, Messenat Plaza, VTB Bank ASC (Azərbaycan), AZ 1008 ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifi qeyri-şəffaf, möhürlənmiş ikiqat zərfdə üzərində qarşı tərəfin möhürü ilə (qarşı tərəf fərdi sahibkardırsa, imzası ilə) təsdiq edilmiş sənədlərin siyahısı ilə 1 iyul 2022-ci il saat 16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.  Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifi və iş təcrübəsi.

Əlaqələndirici şəxs: Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsinin katibi Fəranə Heydarova

Telefon: 012 492-00-80 (daxili nömrə: 5517)

Faks: 012 437-71-21

E-poçt: [email protected]

Diqqət: Məkana baxış keçirmək üçün İnzibati şöbənin rəisi - Azər Mahmudov ilə əlaqə saxlamalısınız (050 751 06 60).

Baxış həftənin istənilən günü (istirahət günləri daxil olmaqla) saat 10:00-dan 19:00-dək mümkündür.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »