“NATO liderlər Zirvə toplantısında PKK/YPG-nin ikiüzlülüyünü həmsöhbətlərimizin üzünə vuracağıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, epidemiya ilə başlayan qlobal böhrandan ən çox təsirlənən sahələrdən biri də enerjidir: “Əlimizdəki mənbələrdən ən səmərəli şəkildə istifadə etməyə çalışarkən, yerli və bərpa olunan enerjilərə də ciddi sərmayələr ayırırıq. Qara dənizdəki ehtiyatların miqdarı ölkəmiz üçün böyük ümid və ruh mənbəyi olub. Yeni qaynaqlar tapmaq üçün Aralıq dənizi və Qara dənizdə qazma işlərimizi fasiləsiz davam etdirəcəyik”.