Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Aşqabadda İlham Əliyevlə görüşəcək
Putin Aşqabadda İlham Əliyevlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə bildirib.

O, Putinin Azərbaycan, Türkmənistan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcəyini söyləyib.

Uşakov Rusiya prezidentinin, həmçinin Xəzər sammiti çərçivəsində Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşəcəyini, onu yubileyi münasibətilə şəxsən təbrik edəcəyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »