Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin G20 sammitində iştirak üçün dəvət alıb
Putin G20 sammitində iştirak üçün dəvət alıb

Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Coko Vidododan noyabrın 15-16-da Balidə keçiriləcək G20 (Böyük 20-lər) sammitində əyani formatda iştirak etmək üçün dəvət alıb. Rusiya tərəfi bu təklifə müsbət cavab verib.

APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz rəsmi dəvət aldıq, indoneziyalıların müvafiq Qərb dövlətləri tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alsaq, bu, çox vacibdir. Bütün bunlar təbii ki, iyunun 30-da Putinlə Vidodonun Kremldəki görüşündə müzakirə olunacaq. Lakin prezidentimiz dəvət alıb və biz müsbət cavab verdik, iştirak etməkdə maraqlı olduğumuzu bildirdik”, - deyə Putinin köməkçisi vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »