Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Rusiyaya kömək etməkdən qorxur
Çin Rusiyaya kömək etməkdən qorxur

Çin, sanksiyalar səbəbindən dünya bazarlarına və texnologiyalarına girişi itirən Rusiya Federasiyasına dəstək olmağa tələsmir. Bunun yerinə Rusiyadan böyük endirimlərlə neft almağa davam edir.

Bizimol.info xəbər verir ki, bu barədə Britaniya Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçılarından biri Azadlıq Radiosuna açıqlamasında bildirib.

"Çin Rusiyadan ucuz xam neftin alınması ilə yanaşı, Rusiyanın təcridindən yararlanmağa çalışır. Ancaq Qərb sanksiyalarının pozulmasına gəldikdə, Çin özəl sektoru adətən, olduqca ehtiyatlı davranır”,- deyə nəşr qeyd edir.

Eyni zamanda, Rusiya neftinə qarşı hələ də sanksiya yoxdur. Avropa Birliyindən neft embarqosu dekabrın 5-də başlayacaq. Beləliklə, sanksiyalar tətbiq edilməmişdən əvvəlki mərhələdə həm Çin, həm də digər ölkələrin Rusiyadan çox ucuz satın ala biləcəkləri neftdən faydalanmaq üçün zaman yetişib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiyasının rəhbərliyi iki dəfə iqtisadi əməkdaşlığın yeni formalarını təklif etmək tələbi ilə Çin hakimiyyətinə təzyiq göstərib. Pekin Rusiyaya köməyini genişləndirmək istəsə də, eyni zamanda qərb sanksiyalarını pozmaq istəmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »