Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya faktiki defolt vəziyyətinə düşdü: Ölkəni nə gözləyir
Rusiya faktiki defolt vəziyyətinə düşdü: Ölkəni nə gözləyir

İyunun 27-də Rusiya xarici borcların ödənilməsi üçün son tarixi qaçırdı və faktiki olaraq texniki defolt vəziyyətinə düşdü.

Belə ki, bundan sonra ölkə artıq kredit götürə və investisiya cəlb edə bilməyəcək. Onun kreditorları Rusiyanın əmlakını məhkəmə yolu ilə ala bilər. Yaşanılan bu vəziyət Rusiayya tətbiq edilən sanksiyaların nəticəsidir.

Bizimyol.info xarici mətbuata xəbər verir ki, bu, Rusiyanın 1918-ci ildən bəri ilk xarici borc defoltu kimi simvolikliyi ilə diqqəti çəkir. Ekspert Feliks Salmonun fikrincə, istiqrazların defoltları adətən, emitent ödəniş etmək istəmədiyi üçün baş verir. Belə olan halda Rusiya birmənalı şəkildə ödəməyə hazır idi, lakin edə bilmədi.

Rusiya rəsmilərinin ilkin olaraq mayın 27-də ödənilməli olan faiz ödənişləri üzrə 30 günlük güzəşt dövrünə əməl etmələri üçün son tarix keçsə də, defoltun təsdiqlənməsi bir müddət zaman ala bilər.

Defolt nəyə gətirib çıxaracaq?

Rusiya kredit olmadan da bacara bilər. Çünki onun pul ilə bağlı heç bir problemi yoxdur. Üstəlik, onların profisiti - yəni xərclənən və alınan valyuta arasında müsbət fərq artmaqdadır. Rusiya Federasiyasının problemi fərqlidir. Rusiya pulu çox olsa da, kifayət qədər pul xərcləyə bilmir. Adətən, istifadə etdiyi bazarlardan mal idxal edə bilmir. Maşınların, texnoloji malların, avadanlıqların, hətta bəzi ərzaq məhsullarının idxalına imkan yoxdur. Və burada söhbət təkcə sanksiyalardan getmir. Çünki 1000-ə yaxın şirkət Rusiya ilə ticarətini məhdudlaşdırmaq qərarına gəlib.

Xarici sərmayədarlar üçün Rusiya artıq elə şərait yaradıb ki, onlar istəsələr belə, Rusiyaya daxil ola bilməyəcəklər. Məsələn, indi səhmlərin satışına qoyulan məhdudiyyətlərə görə əcnəbilər faktiki olaraq Rusiya birjasına buraxılmır. Əgər onlar daxil olsalar, Rusiya müəssisələrinin əvvəllər alınmış qiymətli kağızlarını kütləvi şəkildə satmağa başlayacaqlar. Bu, iflasa səbəb ola bilər.

Eyni zamanda, Rusiya Federasiyasına rəhbərlik edən prezident Vladimir Putin hələ 2007-ci ildə söz vermişdi ki, defolt olmayacaq və ola da bilməz. Defolt Rusiyanın Qərb bazarlarında pul yığmasına mane olacaq və təhlükə korporativ istiqrazlara keçərsə, vəziyyət daha da zərərli ola bilər.

Xatırladaq ki, ən böyük maliyyə nəşri olan Bloomberg ABŞ və onun müttəfiqlərini Rusiyadan enerji resursları almaqdan imtina etməyə çağıran müraciət dərc edib. Nəşr qeyd edib ki, Rusiya Federasiyasının defolt olması arzu olunan nəticələrə gətirib çıxarmayacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »