Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kritik NATO Zirvəsi ərəfəsində gözlər Türkiyədədir
Kritik NATO Zirvəsi ərəfəsində gözlər Türkiyədədir

Fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü və davam edən müharibə NATO-nu son vaxtlar görkəmli aktyora çevirsə də, alyans daxilində fikir ayrılığı davam edir.

Bizimyol.info xəbər verir ki, bu həftə bu gündən başlayaraq cümə axşamına kimi İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Liderlər Zirvə toplantısında kritik addımların atılacağı gözlənilsə də, gündəmin ən böyük məsələsi NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanın bu prosesinə veto qoymağa qərar verən Türkiyəni razı salmaqdır.

Sabah rəsmi olaraq başlayacaq tədbirdən əvvəl bütün gözlər Türkiyə nümayəndə heyətini təqib edərkən, İngiltərə xəbər agentliyi Reuters geniş təhlil hazırlayıb. Məqalədə “NATO liderləri Türkiyə prezidentindən Finlandiya və İsveçin üzvlüyünə veto qoymamağı xahiş edəcək” şərhi verilib.

Məlumata görə, sammitdə cavabı maraqla gözlənilən iki sual var. Qaçqın böhranına qarşı cənub blokunun gücləndirilməsindən tutmuş, Çinə qarşı ittifaqın bölgəyə daha çox qoşun göndərilməsinə qədər bir çox mövzunun müzakirə ediləcəyi gözlənilsə də, Türkiyənin AB-yə üzvlüyünə veto qoyması gündəm maddələrindən ən önəmlisidir. Türkiyənin mövqeyini dəyişib-dəyişdirməyəcəyi beynəlxalq ictimaiyyəti maraqlandıran suallardan biridir.

Finlandiya və İsveçin üzvlüyünü qiymətləndirən ABŞ senatoru Anqus King bildirib: "Məncə, bu üzvlüklər Putinə mühüm mesaj vermək deməkdir və düşünürəm ki, bu, ittifaqı əhəmiyyətli dərəcədə gücləndirəcək".

Üç ölkənin üzvlük danışıqlarında iştirak edən bir türk rəsmisi isə sammitdə belə bir razılaşmanın əldə olunmasının çətin olduğunu bildirib və "danışıqlar oldu, amma təəssüf ki, atılmasını gözlədiyimiz addımlar atılmadı" deyə bildirib. Reuters-ə danışan NATO-nun iki yüksək rütbəli diplomatı mübahisənin texniki keyfiyyət deyil, siyasi olduğunu deyib.

Təhlildə “Ərdoğanın mövqeyi 2023-cü il seçkiləri öncəsi ölkəsində dəstəyini artırdı. O, son həftələr Suriyanın şimalında hərbi əməliyyat başlayacağı ilə hədələyib, NATO müttəfiqi Yunanıstanla gərginliyi artırıb və Qərbin Rusiyaya qarşı sanksiyaları ilə razılaşmayıb”,- deyə qeyd edilib.

Bildirilir ki, sammitin ən maraq doğuran sualı “ABŞ prezidenti Co Baydenin Ərdoğanla təkbətək görüşü olacaqmı?” olacaq. Çünki vəzifəyə gəldiyi gündən Türkiyə və Ərdoğandan məsafə saxlayan, ABŞ-ın əvvəlki prezidenti Donald Trampla nadir hallarda ünsiyyət quran Co Bayden Finlandiya və İsveçin üzvlüklə bağlı Madriddə Ərdoğana təzyiq edə biləcəyi ifadə edilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »