Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzulidə minaya düşən polisin ayağı kəsildi
Füzulidə minaya düşən polisin ayağı kəsildi

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisində polis əməkdaşı piyada əleyhinə minaya düşüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizimyol.info xəbər verir ki, hadisə iyunun 26-da axşam saat 21.00 radələrində baş verib. Minaya düşən şəxs Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov olub.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə baş verən zaman İlham Salmanov xidmətdə olmayıb. Polis əməkdaşı xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisinə gedib.

1989-cu il təvəllüdlü İlham Salmanov hadisədən sonra xəstəxanaya yerləşdirilib. Prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib və başqa addımlar atılıb.

Minaya düşən polis əməkdaşı hələ də xəstəxanadadır. Onun hazırkı durumu barədə məlumat verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, 33 yaşlı İlham Salmanovun ayağı amputasiya olunub.

“Ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur”, - deyə Elşad Hacıyev bildirib.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »