Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib
AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

Bərdədə qətl törədilib.

APA xəbər verir ki, Samux kənd sakini 1968-ci il təvəllüdlü Xəzər Məmmədov münaqişə zəminində 1954-cü il təvəllüdlü Çapay Sadıqlını dəryazla vuraraq qətlə yetirib.

Bildirilib ki, tərəflər arasında münaqişəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə olub.

Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib: "Faktla bağlı cinayət işi başlanıb. Onu da qeyd edim ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »