Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bizimyol.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 164 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 2 345, hazırkı dövrədək isə 6 954 464 test aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »