Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq
Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

“Report” xəbər verir ki, Vladimir Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Rusiya Prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək, o, Rusiya Prezidenti ilə danışıqlardan bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »