Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron və Boris Conson Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Makron və Boris Conson Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Britaniyanın baş naziri Boris Conson bu gün Almaniyada keçirilən G7 Sammitində Fransa prezidenti Emmanuel Makronla görüşüb.

APA-nın xəbərinə görə, liderlər Ukrayna böhranını müzakirə ediblər. Onlar bildiriblər ki, hazırkı məqam münaqişənin gedişi üçün kirtikdir və müharibənin gedişatını dəyişə bilər. Həm baş nazir, həm də prezident Makron müharibədə və gələcək danışıqlarda Ukraynanı dəstəkləməyin vacibliyini vurğulayıblar. Prezident Makron Boris Consonun Ukraynaya davamlı hərbi dəstəyini yüksək qiymətləndirib.

Liderlər müdafiə və təhlükəsizlik də daxil olmaqla, Böyük Britaniya və Fransa arasında əməkdaşlığı davam etdirmək və genişləndirmək barədə razılığa gəliblər.

Son xəbərlər
Bütün xəbərlər »