Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Azərbaycandakı səfiri: “Azərbaycan ordusu daim cəngə hazırdır”
Türkiyənin Azərbaycandakı səfiri: “Azərbaycan ordusu daim cəngə hazırdır”

“Mən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını Silahlı Qüvvələrin yaradılmasının 104 illiyi münasibətilə təbrik edirəm. Ümummilli Lider Heydər Əliyevin 26 iyunu Silahlı Qüvvələr Günü kimi qeyd edilməsi qərarı əslində iki dövlətin hərb sahəsində birgə əməkdaşlığının təməlini qoyulub. Türkiyə ordusu 30 ildir ki, Azərbaycan ordusunun yenidən formalaşdırılması və müasirləşdirilməsi istiqamətində bütün səylərini ortaya qoyub. Ən önəmlisi odur ki, Azərbaycan əsgər və zabitləri dünyada müasir ordu modelinin qurulması biliklərini Türkiyədən alırlar. Azərbaycanın istər quru qoşunları, istər hava hücumundan müdafiə sistemləri qoşunlarının, dəniz piyadaları qoşunlarının, sərhəd qoşunlarının, xüsusi təyinatlıların hazırlanması və yetişdirilməsində Türkiyə qardaş ölkə kimi yaxından iştirak edir”.

Bu fikirləri APA-ya Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib. O vurğulayıb ki, bu gün hərb sahəsində Azərbaycan Türkiyənin ən sıx əməkdaşlıq etdiyi ölkədir və biz qardaşlarımızın Qafqazda ən güclü bir orduya malik dövlət olmasını, hər bir vəziyyətə hazır olmasını arzulayırıq.

“Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan ordusu regionda ən güclü, ən intizamlı və müasir silahlarla, bacarıqlı hərbi heyyətə malik müasir ordulardan biridir. Azərbaycan ordusu modernləşdirilmişdir. Bizdə belə bir deyim var, sülh istəyirsənsə, hazır ol cəngə. Azərbaycan ordusu daim cəngə hazırdır” deyə Cahit Bağçı əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »