Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Ukraynanı xilas edəcəkmi: "Ümid edirəm, böyük xəyallar qurmazlar"
Avropa Ukraynanı xilas edəcəkmi: "Ümid edirəm, böyük xəyallar qurmazlar"

Ərazisinin beşdə biri Rusiyanın işğalı altında olan və əhalisinin dörddə birindən çoxu didərgin düşmüş Ukraynanı neçə ildir və konkret olaraq nə ilə nəticələnəcəyi qeyri-müəyyən olan Aİ-yə üzvlük xilas edə bilərmi?

Ukrayna Prezidenti Zelenski “Bu, qələbədir” deyir və əlavə edir: “Biz bu günü otuz il gözlədik...” Onun qələbə kimi təsvir etdiyi şey Avropa İttifaqının onun ölkəsinə üzvlük üçün qapı açmasıdır.

Müstəqillik əldə etdiyi gündən ukraynalılar bunu gözləyirlər.Aİ-yə üzvlük vədi 120 başına raket, bomba yağan Ukrayna üçün xilas yolu ola bilərmi? Hazırda ərazisinin beşdə biri faktiki olaraq Rusiyanın işğalı altındadır.

Əhalinin dörddə birindən çoxu didərgin düşüb. Yeddi milyondan çox ukraynalı həyatları üçün başqa ölkələrə sığınıb. ABŞ, AB və NATO-nun əvvəldən bütün dəstək vədlərinə və real yardım fəaliyyətlərinə baxmayaraq, real mənzərə bundan ibarətdir. Onu da demək yerinə düşər ki, vəd edilən yardım məbləği ilə faktiki yardımlar arasında da böyük fərq var...

Ukraynada hökumət rəsmiləri hər dəfə bu vəziyyətə qarşı üsyan edirlər, lakin çox şey dəyişmir. Əslində, Aİ ölkələri Amerikanın təzyiqi altında Rusiyaya qarşı tətbiq etdikləri sanksiya siyasətindən yaranan zərərlərdən kifayət qədər narahatdırlar. Onların bu siyasəti nə qədər davam etdirə biləcəkləri bəlli deyil.

Bütün bunlara baxmayaraq, Avropa Şurasının Prezidenti Şarl Mişel sosial media hesabında Ukrayna və Moldovaya üzvlük qapısının açıldığını bəyan edir. Hətta bununla kifayətlənməyərək, Gürcüstana ümid verməyə çalışır. İndiyə qədər Gürcüstanın başına gələnlər də göz önündədir. Ölkə əslində üç yerə bölünüb. Abxaziya və Cənubi Osetiyanı Rusiya sözün əsl mənasında özünə “qaynaqlayıb”.

Rusiya hələ də Ukraynada eyni ssenarini təkrarlayır. Amma görünən odur ki, ABŞ və Aİ bütün dağıntılara baxmayaraq, uzun müddətdir qurduqları siyasəti davam etdirməkdə israrlıdırlar.

NATO-ya üzv olmaq məqsədi ilə yola çıxan Gürcüstan və Ukrayna indiyə qədər bunun bədəlini ağır şəkildə ödəyiblər. Bu iki ölkənin daha nə qədər bədəl ödəyəcəyi isə məlum deyil. Amma indi hamıya aydın olur ki, Rusiya zarafat etmir və müharibəni bütün prinsipiallığı ilə davam etdirir.

Yaxşı, belə olan halda, Ukraynanın işğalının daha da irəliləməməsi üçün səmimi səy göstərmək əvəzinə, eyni səhvlərdə israr etmək hansı düşüncənin məhsuludur?

Ukrayna üçün nə vaxt reallaşacağı qeyri-müəyyən olan Aİ üzvlüyünün bir xeyrinin olmadığı göz qabağındadır. Üstəlik, işğal olunmuş ölkəyə bu üzvlüyün vəd edilməsi bəzi Balkan ölkələrinin üsyana qalxmasına səbəb olub. Məsələn, Şimali Makedoniya və Albaniya o qədər qəzəblidir ki, illərdir “qapıda” gözləyirlər.

Bolqarıstanın blokadasından çıxa bilməyən hər iki ölkəyə “ögey övlad” kimi münasibət göstərilməsindən narahatdırlar. Albaniyanın baş naziri Edi Rama ağzını açıb, gözlərini yumub:

“Saymağı xatırlayıramsa, Şimali Makedoniya 17 il, Albaniya isə 8 ildir ki, namizəddir. Ukrayna aramıza xoş gəldi, təbii ki, namizədliyini irəli sürməsi xoşdur. Amma ümid edirəm ki, onlar çox böyük xəyallar qurmazlar”.

Rama Avropa İttifaqını günahlandırmaqda davam edir; “Avropanın həyətində, qaynar müharibənin ortasında NATO üzvü Bolqarıstanın digər iki NATO ölkəsini (Şimali Makedoniya və Albaniya) girov götürməsi və digər 26 üzv ölkənin çarəsiz şəkildə seyr etməsi biabırçılıqdır. Baş verənlər ciddi problemdir və Aİ-nin etibarına ciddi zərbədir. Biz Şimali Makedoniyanın Baş naziri ilə qiymətli vaxtımızı boşa keçiririk...”

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »