Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəşfiyyat rəsmisi Rusiyada dövlət çevrilişi ehtimalını qiymətləndirib
Kəşfiyyat rəsmisi Rusiyada dövlət çevrilişi ehtimalını qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin başlatdığı müharibə ilə bağlı möhkəm mövqeyini qətiyyətlə saxlayır. Ukraynanın kəşfiyyat rəsmiləri hesab edir ki, Rusiyada dövlət çevrilişi ilin sonuna qədər baş verməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli mətbuata müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, Putin Ukrayna ilə müharibənin onun istədiyi kimi iki həftəyə bitməyəcəyinin fərqindədir.

"Onun planı odur ki, mərhələ-mərhələ bizim ərazilərimizi ələ keçirsin. Sonra da həmin ərazilərdə öz planlarını həyata keçirsin. Məsləhətçiləri var. Ancaq onu demək olar ki, yaxın vaxtlarda nə çevriliş, nə də mövqeyində dəyişiklik baş verməyəcək. Ən azı bu ilin sonuna kimi heç nə baş verməyəcək”,- deyə Skibitski bildirib.

Onun sözlərinə görə, xarici liderlərin Moskvaya səfərləri heç bir nəticə vermir.

"Əvvəldən biz Putinin əslində heç kimi eşitmədiyini görürdük. Putinin öz məqsədi var və o, buna doğru addımlayır. O, Rusiya imperiyası ilə, Rusiyanı Avropaya gətirən 1-ci Pyotrla eyni şəkildə davranış sərgiləyir. Artıq Rusiya və İsveç arasında 21 il davam edən müharibədən danışır”,- deyə o bildirib.

Kşfiyyat idarəsinin nümayəndəsi həmçinin vurğulayıb ki, yaxın illərdə Putinin xəstəlikdən ölümünü gözləməyə dəyməz. "Hər şey onun səhhətindən asılıdır. Amma bu da təxminən 2-3 il mümkün olmayacaq. Zaman işğalçıların xeyrinə oynayır”,- deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın MI6 məxfi kəşfiyyat xidmətinin Rusiya departamentinin keçmiş rəhbəri Kristofer Stil deyirdi ki, Putin ağır xəstədir. Bundan əvvəl Rusiyanın “Proyekt” nəşrinin araşdırmalarına görə, Putin müntəzəm olaraq onkologiya və qalxanabənzər vəz problemləri ilə məşğul olan otorinolarinqoloq və cərrahlarla məsləhətləşir.

Həmçinin bir neçə gün əvvəl İngiltərə mətbuatı tazmışdı ki, həkimlər Putinə 3 il vaxt qoyublar. Ardınca Kremldən gələn açıqlamada bildirilirdi ki, Putin sağlamdır və bir gün əvvəl hokkey oynayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »