Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibə danışıqlar masası arxasında bitəcək" - NATO-nun baş katibi
"Müharibə danışıqlar masası arxasında bitəcək" - NATO-nun baş katibi

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, danışıqlar masası arxasında bitəcək. NATO isə ukraynalılara mövqelərini möhkəmləndirməkdə kömək etməyə davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin “El Pais” nəşrinə müsahibəsi zamanı bildirib.

"Çox güman ki, bu müharibə danışıqlar masası arxasında başa çatacaq. Biz Ukraynanın mövqeyinin mümkün qədər güclü olmasını təmin etmək və onun suveren və müstəqil Avropa dövləti olaraq qalmasına kömək etmək üçün məsuliyyət daşıyırıq",- deyə Yens Stoltenberq bildiirb.

Onun sözlərinə görə, bunun ən yaxşı yolu Ukraynaya güclü hərbi və iqtisadi dəstək vermək və Rusiya Federasiyasına qarşı sərt sanksiyaları təşviq etməkdir. O, həmçinin əlavə edib ki, NATO ilə Rusiya arasında “total müharibə” yoxdur.

Xatırladaq ki, bu yaxınlarda NATO-nun baş katibi Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzunmüddətli olacağını bildirsə də, qeyd etmişdi ki, müttəfiqlər lazım olan müddət ərzində Kiyevi silahla təchiz etməyə qadirdir.

"Bu müharibənin nə qədər davam edəcəyini dəqiq deyə bilmərəm. Amma mən sadəcə NATO paytaxtlarında qərar qəbul edənlərə deyirəm ki, uzun müddət əsaslı dəstək vermək üçün bizim siyasi və mənəvi öhdəliyimiz var”,- deyə Yens Stoltenberq bildirib.

O, həmçinin “NATO müttəfiqlərinin çoxdan etdiyi kimi” Ukraynaya müasir, ağır silahların tədarükünə dəstək verilməsinin vacibliyini və dəstəyin təmin edilməsində oynaya biləcəyi rolu vurğulayıb.

Stoltenberq əlavə edib ki, Ukraynadakı müharibə əslində 2014-cü ildə Rusiyanın Krımı işğal etdiyi və Ukraynanın şərqindəki yaraqlıları dəstəklədiyi vaxt başlayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »