Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin qələbəsi uzunmüddətli iqtisadi fəlakətə səbəb olacaq"
"Putinin qələbəsi uzunmüddətli iqtisadi fəlakətə səbəb olacaq"

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Avropa Ukraynadakı müharibənin iqtisadi təsirinə görə Rusiya ilə öz maraqlarına uyğun olmayan sülh sazişi üzrə danışıqlar aparmaq üçün təzyiqlə üzləşə bilər.

Consonun fikrincə, Putinin qələbəsi “uzunmüddətli iqtisadi fəlakət”ə səbəb olacaq. Bizimyol.info xəbər verir ki, Conson bu barədə Ruandanın paytaxtı Kiqalidə jurnalistlərə açıqlaması zamanı danışıb. Onun sözlərinə görə, həddindən artıq çox ölkə bunun lazım olmayan Avropa müharibəsi olduğunu deyir. Və buna görə də ukraynalıları “pis sülhə” sövq etmək, məcbur etmək üçün təzyiq artacaq.

Conson deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada istədiyini əldə edə bilməsinin nəticələri beynəlxalq təhlükəsizlik üçün təhdid və “uzunmüddətli iqtisadi fəlakət” olacaq.

Xatırladaq ki, Ukraynanın işğalı bütün dünyada Rusiyaya münasibətin kəskin şəkildə pisləşməsinə səbəb olub. Belə ki, ən az etibar edilən siyasətçilərin anti-reytinqinə Putin başçılıq edib. Sorğunun nəticələrinə görə, 18 ölkədə respondentlərin orta hesabla 85 faizi Rusiyaya qarşı mənfi münasibət bildirib, bəzi ölkələrdə isə əksəriyyət Rusiya haqqında çox zəif fikirdə olduqlarını bildirib.

Polşa və İsveç mənfi baxışlarının sərtliyi ilə seçilir. Belə ki, polyakların 97 faizinin Rusiyaya pis münasibət göstərdiklərini, İsveçdə 94 faiz mənfi fikirdə olduğunu deyib. Rusiyaya münasibətdə yeganə istisna Malayziyadır. Burada insanların 47 faizi müsbət, 50 faizi isə Rusiya haqqında mənfi fikirdədir.

Boris Conson da Rusiyaya qarşı sərt mövqedən çıxış edən siyasətçi kimi tanınır. O, Putinə güzəştə getməyin tərəfdarı deyil. Hətta Rusiyanı birbaşa hərbi zərbələrlə də hədələyib. Bir müddət əvvəl Conson demişdi ki, Rusiya Ukraynada qadağan olunmuş silahlardan istifadə edərsə, Britaniya heç kimlə məsləhətləşmədən Rusiyaya birbaşa zərbələr endirəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »