Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur hind aktyoru Bakıya gəlir
Dekabrın 27-də Bakıda “Məhəbbət səfiri” sənədli filminin təqdimatı çərçivəsində hind kinosunun ulduzu, dünya şöhrətli aktyor Dharmendra ilə görüş keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, tədbir Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunub.

Dharmendra (əsl adı Dharam Sinqh Deol) hind aktyoru, prodüser və siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə o, bu ölkənin üçüncü ən yüksək mülki mükafatı olan Padma Bhuşan, həmçinin bir neçə mükafata layiq görülüb. Aktyor bir çox ekran əsərində, o cümlədən “Daş və Çiçək”, “Sevimli Raca”, “Qisas və Qanun”, “Cəngəlliklər kralı”, “Əbədi məhəbbət nağılı”, “Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər məşhur filmlərdə çəkilib.

Son xəbərlər
Bütün xəbərlər »