Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın keçisi Rusiyanın qurduğu tələni partladıb, 40 nəfər yaralanıb
Ukraynanın keçisi Rusiyanın qurduğu tələni partladıb, 40 nəfər yaralanıb

Ukrayna kəşfiyyatının açıqladığı xəbərə görə, Zaporojyedə Rusiyanın qurduğu bombalı tələlər partlayıb, 40 Rusiya əsgəri yaralanıb. Bildirilir ki, bu partlayışlara səbəb olan hadisələr silsiləsi filmlər qədər maraqlıdır.

Bizimyol.info xəbər verir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya qoşunları yerli xəstəxananın ətrafına qumbaraatanlar yerləşdirib və tələni “dairəvi müdafiə” kimi dizayn ediblər. Lakin tələ qurulandan az sonra fermadan qaçan keçi əraziyə doğru yürüş edərək zəncirvari reaksiya yaradıb və onlarla əsgərin yaralanmasına səbəb olub.

Müdafiə Kəşfiyyatı bildirib ki, keçinin “xaotik” hərəkətləri nəticəsində bir neçə qumbara da partlayıb. “Zəncirvari reaksiya nəticəsində bir neçə nəfər Rusiya hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb”,- deyə məlumatda deyilir.

Hadisə nəticəsində azı 40 Rusiya əsgərinin yaralandığı güman edilir. Keçinin isə taleyi hələlik məlum deyil. Hadisə sosial mediada eşidildikdən sonra heyvan "Kiyev Keçisi " adlandırılmağa başlayıb. Xatırladaq ki, bu ad, Kremlin paytaxta hücumu zamanı çoxlu sayda Rusiya təyyarəsini vurması ilə tanınan, "Kiyev Kabusu" kimi tanınan əfsanəvi qəhrəman pilota aiddir.

Qeyd edək ki, Kreml administrasiyası Xerson və Mariupolu ələ keçirdikdən sonra Zaporojyeyə hücumu gücləndirib. Zaporijye vilayətinin ən azı 60 faizi 24 fevral işğalından sonra bölgəyə amansız hücumlar həyata keçirən Rusiya qüvvələrinin əlinə keçib. Bildirilir ki, əraziyə tam nəzarət onun ordusunun digər mərkəzi ərazilərdə irəliləməsinə imkan verəcək.

Digər tərəfdən, xəbər manşetlərində bildirilir ki, Ukrayna müqavimətinə heyvanın kömək etməsi ilk dəfə deyil.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »