Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oğlun əsgər aparılacaq, özün bilirsən hara göndəriləcək” - Rusiyada Ukrayna xofu
“Oğlun əsgər aparılacaq, özün bilirsən hara göndəriləcək” - Rusiyada Ukrayna xofu

“Səni əsgərliyə aparacaqlar. Özün bilirsən hara göndərəcklər”. Rusiyada telefon fırıldaqçıları yeni bir tendensiyaya başlayıblar. Belə ki, indi telefon fırıldaqçıları Rusiya vətəndaşlarına, xüsusən də gənc oğlanların analarına zəng edərək, özlərini hərbi komissarlıq işçisi kimi təqdim edirlər.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya tədqiqat mərkəzinin rəhbəri Mariya Namestnikova məlumat verib. Onun sözlərinə görə, fırıldaqçılar gənclərin valideynlərinə zəng edərək pul köçürülmədiyi təqdirdə “özünüz bilirsiniz oğlunuz hara göndəriləcək" deyə hədələyirlər.

"Onlar ata və ya anaya zəng edir, özlərini hərbi komissarlığın nümayəndəsi kimi təqdim edir və şantaj edirlər. "Bu qədər pul köçürün, yoxsa sabah oğlunuz orduya aparılacaq və bilirsiniz hara göndəriləcək” deyilir”,- deyə o qeyd edib.

Namestnikova vurğulayıb ki, bu fırıldaqçıların fevralın 24-dən bəri hazırladıqları yeganə fırıldaq sxemi deyil. “Məsələn, onlar hələ də özlərini bank işçiləri kimi göstərirlər. Vətəndaşlara zəng edərək, banklarının tezliklə SWIFT-dən ayrılacağı ilə qorxudurlar.

Zəng edib deyirlər: “Bankımız tezliklə SWIFT-dən ayrılacaq – təcili olaraq xarici valyutada olan əmanətlərinizi təhlükəsiz hesaba köçürün”. Burada məntiq demək olar ki, yoxdur. Ancaq fırıldaqçılar yaxşı bilir ki, insanlar SWIFT funksiyalarını yaxşı bilmirlər”,- deyə mərkəzin rəhbəri bildirib.

Onun sözlərinə görə, ümumilikdə Rusiyada "xüsusi hərbi əməliyyat" başlayandan sonra saxta zənglərin sayı azalıb. Əgər dekabr ayında Rusiya Federasiyasında bütün daxil olan zənglərin payı həftəlik fırıldaqçılıq şübhəsi ilə edilən zənglərin 11 faizə qədərini təşkil edirdisə, fevralın 24-dən sonra bu rəqəm 9 faizə düşüb. Amma yenidən fırıldaqçıalr öz işini bərpa etməyə başlayıblar. Belə ki, may ayında zərərli zənglərin payı pik həddə - 13 faizə yaxınlaşıb.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Rusiya Federasiyasında ümumi səfərbərlik barədə şayiələr yayılmağa başlayıb. Xüsusən də mayın 9-na kimi bununla bağlı açıqlamalar gözlənilirdi. Daha sonra Kreml bu məlumatın uydurma olduğunu bildirdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »