Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin qazı kəsmək hədələrinə Almaniyadan cəsarətli cavab gəldi
Putinin qazı kəsmək hədələrinə Almaniyadan cəsarətli cavab gəldi

Rusiya prezidenti Vladimir Putinin Avropa Birliyi və xüsusilə Almaniyaya qarşı başlatdığı enerji müharibəsinə baxmayaraq, insanlar Putin rejimini məğlub etmək üçün çətinliklərə dözməyə hazırdırlar.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek “Spiegel”ə müsahibəsində Kremlin Almaniyanın qazını kəsmək barədə hədələrinə cavab olaraq bildirib. Onun sözlərinə görə, almanlar hazırkı bahalığı və davam edən inflyasiya prosesini "böyük birliklə" qəbul edirlər. Çünki onların əksəriyyəti hansı təhlükədən söhbət getdiyini yaxşı başa düşürlər.

"Bu, Putinin qiymətləri yüksəldərək cəmiyyətimizi dağıtmaq planının cavabıdır. Putin ölkəmizi parçalamaq istəyir. Amma bizim ölkəmiz parçalanmayacaq”,- deyə vitse-kansler bildirib.

Jurnalist Habekə bildirib ki, kansler Villi Brandt 1973-cü ildə OPEK ölkələri neft tədarükünü kəskin şəkildə kəsəndə eyni şəkildə davranıb. Habek isə qeyd edib ki, indi yaşanan vəziyyət o vaxtdan daha mənalı və dərindir. Yəni bu gün qazın dayandırılması iqtisadiyyata o zamankı neft qıtlığından daha çox zərbə vura bilər.

Robert Habek Robert Habek

Habekin böhran proseslərinin Almaniyada çoxuna, əhalinin bəzi təbəqələrinə xüsusən güclü təsir edəcəyini başa düşür. Amma bütün bunlara baxmayaraq, hamı başa düşür ki, Almaniya cəmiyyəti bu tarixi vəziyyətdə sağ qalmalıdır. Nazir həmçinin qeyd edib ki, Ukraynadakı böyük müharibə “Avropanın sakit nizamına qəsddir”. Bunun nəticəsində dünya nizamı tamamilə dəyişə bilər.

"Qadınların uşaqlarının yanlarında ölməsi, universitetə daxil olmaq istəyən və xəyalları olan 19 yaşlı gənclərin vətənini müdafiə etmək üçün cəbhəyə getdiyi xəbərlərini oxuyuruq. Təəssüf ki, azadlıq və təhlükəsizlik içində yaşamaq artıq mümkün deyil”,- Habek bildirib.

Xatırladaq ki, iyunun 13-dən Rusiya Avropaya və xüsusilə Almaniyaya qaz nəqlinin əsas marşrutu olan “Şimal axını” boru kəmərinin yükünü azaltmağa başlayıb. Belə ki, onun yüklənməsi sutkada 67 milyon kubmetrlə məhdudlaşdırılıb. Bu isə, may ayı ilə müqayisədə 100 milyon kubmetr azdır.

Bir neçə gün öncə, Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Almaniyanı “Şimal axını”nı tamamilə dayandırmaqla hədələyib. Ötən gün isə, Almaniya qaz bazarında fövqəladə vəziyyətə hazırlıqla bağlı xəbərdarlıq edib.

Habekin fikrincə, Rusiyanın başlatdığı qaz müharibəsi ona qarşı sanksiyaların yüksək effektiv olmasını sübut edir.

Xatırladaq ki, Almaniyanın kansleri Olaf Şolz zaman-zaman Rusiyaya qarşı yumşaq mövqeyinə görə tənqid olunur. Şolz hökuməti Ukraynaya ağır silahlar vəd etsə də, hələ də o silahları göndərməyə tələsmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »