Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-ın verdiyi "Harpun" raketləri dənizdə vəziyyəti dəyişib"
"ABŞ-ın verdiyi "Harpun" raketləri dənizdə vəziyyəti dəyişib"

Ukrayna Silahlı Qüvvələrinin mövqelərini möhkəmləndirən və düşmənin Qara dəniz sahilində desant əməliyyatları keçirməsini mümkünsüz edən “Harpun” gəmi əleyhinə raketlərinin Ukrayna tərəfindən alınmasından sonra dənizdə vəziyyət xeyli dəyişib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Dmitri Snegirev “informasiya telemarafonunun” efirində danışıb.

"Dənizdəki vəziyyət Ukraynanın 120 km-ə qədər uçuş məsafəsi olan "Harpun" gəmi əleyhinə raketlərini aldıqdan sonra xeyli dəyişib. Belə ki, raketlərin alınması Ukrayna Silahlı Qüvvələrinin mövqelərini xeyli gücləndirib. Və Rusiya ordusunun ölkəmizin Qara dəniz sahillərində desant əməliyyatları həyata keçirməsini mümkünsüz edib”,- deyə ekspert bildirib.

Snegirev həmçinin qeyd edib ki, Putinin qərar qəbuletmə mərkəzlərinə zərbələr endirilməsi ilə bağlı bəyanatından sonra o, raket terrorunun güclənəcəyini istisna etmir. Ancaq HIMARS çoxsaylı buraxılış raket sistemləri ilə Ukrayna ordusu adekvat cavab verə biləcək.

"Ukrayna 80 km-ə qədər mənzilli HIMARS MLRS-i aldıqdan sonra biz "raket nizəsi" adlandırılan taktikadan danışa bilərik. Yəni artıq biz də raket zərbələri ilə Ukrayna ərazisinə edilən hər raket hücumuna oxşar cavab verə bilərik.

ABŞ-ın Ukraynadakı səfirliyinin nümayəndəsinin bəyantından da məlum olduğu kimi Ukrayna hərbçilərinin seçəcəyi hədəflər Ukrayna ordusunun səlahiyyətindədir.

"Mən raket hücumları ilə bağlı vəziyyətə nikbin baxıram. Hər hücuma görə Ukrayna Silahlı Qüvvələri tərəfindən adekvat cavab veriləcək”,– deyə ekspert bildirib.

Xatırladaq ki, Birləşmiş Ştatlar iyunun sonuna kimi Ukraynaya HIMARS çoxsaylı buraxılış raket sistemlərini təhvil verəcəyini vəd edib. Bu raket sistemləri bir neçə həftə ərzində döyüş meydanında istifadə oluna bilər. Ağ Ev bildirib ki, bu raetlər Rusiya ərazisində yerləşən hədəfləri vurmaq üçün istifadə edilməyəcək. Raketlərlə yalnız Ukrayna ərazisində yerləşən Rusiya hədəfləri vurulacaq. Həmçinin Penqatoq açıqlama verib ki, Rusiyanın Ukrayna ərazisində yerləşən hərbi texmikasının yeri barədə kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşacaqlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »