Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın peşəkar pilotları qalmayıb: Mayor rütbəli "Vaqner pilotu" əsir düşüb
Rusiyanın peşəkar pilotları qalmayıb: Mayor rütbəli "Vaqner pilotu" əsir düşüb

Ukrayna Silahlı Qüvvələri iyunun 17-də vurulan Rusiyaya məxsus Su-25 "Frogfoot" hücum təyyarəsinin pilotunu əsir götürüb.

Pilot Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş mayoru olduğunu etiraf edib, o, Vaqner hərbiçisi kimi işə başlayıb və münaqişə zamanı bir neçə uçuş həyata keçirib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatlarında deyilir. Hava dəstəyi tapşırıqlarını yerinə yetirmək üçün hazırda Vaqnerlə müqavilə əsasında təqaüdə çıxmış personalın çalışması Rusiyada lazımi səviyyədə təlim keçmiş kadrların kifayət qədər olmamasını və döyüş itkilərinin çoxluğunu sübut edir.

"Rusiyalı pilot öz missiyaları zamanı Rusiyanın hərbi naviqasiya avadanlığından deyil, kommersiya GPS cihazlarından istifadə edib. Bu böyük ehtimalla Vaqner təyyarələrinin daha köhnə Su-25 modelləri olduğunu və Rusiya Hərbi Hava Qüvvələrinin Vaqneri müasir avionika avadanlığı ilə təmin etmədiyini göstərir",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Britaniya hərbi kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya hücumunun tempi yaxın bir neçə ayda azalacaq, çünki Rusiya ordusunun resursları tükənəcək. “Bizim hərbi kəşfiyyatımız hesab edir ki, yaxın bir neçə ay ərzində Rusiya elə bir nöqtəyə gələ bilər ki, o, resursları tükəndiyi üçün artıq heç bir addım ata bilməyəcək”,- deyə Böyük Britaniyanın baş naziri Boris Conson bildirmişdi. Onun sözlərinə görə, işğalçılar Donbasda irəlilədikcə, canlı qüvvə, həm də silahlarını itirirlər.

Bir neçə gün əvvəl Rusiya hərbi ekspertlərindən biri bildirmişdi ki, Rusiya pilotlarının ustalıq səviyyəsi yüksək deyil. Onun fikrincə, uzun illər ərzində bu sahəyə cavabdeh olanlar rəhbərliyi aldatmaqla məşğul olublar. Belə ki, pilotlar yalnız "hoqqabazlıq" edib tamaşa göstərməyi öyrəniblər və müxtəlif hərbi paradlarda havada göstərdikləri təhlükəli hərəkətlərlə rəhbərliyi razı salıblar. Amma onlar real müharibə şəraitinə hazırlaşmayıblar. Bunun nəticəsidir ki, Rusiya qırıcı təyyarələrlə irimiqyaslı hücumlar təşkil edə bilmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »