Ukraynada baş verənləri nəzərə alaraq NATO-nun Baltikyanı ölkələr üçün hazırkı müdafiə planı yenidən nəzərdən keçirilməlidir. Çünki bu müddət ərzində ölkəmiz və mədəniyyətimiz tamamilə məhv ola bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaya Kallas "Financial Times"-a müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda Baltikyanı ölkələrin hər birində daimi olaraq 1500-ə yaxın NATO əsgəri var. Onların vəzifəsi işğala qarşı ilkin müqavimət göstərməkdir.
O, qeyd edib ki, belə bir müdafiə konsepsiyası Rusiyaya qarşı güclü əməliyyat müqaviməti demək deyil. O hesab edir ki, müttəfiq qoşunlar daha çox olmalıdır. Ən azından heç olmasa, Baltikyanı ölkələrin hər birində bölmələr olmalıdır.
"İndi hamı görür ki, bu konsepsiya əslində işləmir" deyən Kallas Baltikyanı ölkələrdə ümumilikdə 20-25 min NATO əsgərinin yerləşdirilməsinin vacib olduğunu vurğulayıb. Kallas bildirib ki, artıq çəkinmə mövqeyindən müdafiə mövqeyinə keçməyin vaxtı çatıb. Bu isə o deməkdir ki, ilk gündən hücumları dəf etməyə hazır olmaq lazımdır.
Estoniya prezidenti Alar Karis isə bildirib ki, Kallasın sözləri ölkənin baş nazirini tənqid edənlərin düşündüyü kimi hədə-qorxu və ya “NATO-nun müdafiə planlarını ifşa etmək” deyil, Estoniya üçün narahatlıqdır. Ötən gün isə Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi səbəbindən o, “istənilən vəziyyətə hazır olmağa” çağırıb.
Almaniyanın xarici işlər naziri Annalena Burbok Kallası dəstəkləyərək bildirib ki, hazırkı müdafiə konsepsiyası artıq kifayət deyil. "Bizim hərbi təlimlərimiz yeni reallığı əks etdirməlidir. Və biz müttəfiqlərin bütün şərq ərazisinin yeni təhlükə ilə üz-üzə qalmasına cavab verməliyik. Orada NATO-nun varlığını gücləndirmək lazımdır”,- deyə o bildiirb.
Almaniya artıq Litvaya 1000-ə yaxın əsgərdən ibarət hazırkı batalyondan əlavə, ordunun əksəriyyətinin Almaniyada yerləşməsi və təcili olaraq Baltikyanı ölkələrə gələ bilməsi üçün 3500 əsgərdən ibarət “etibarlı döyüş briqadası” yaratmağı təklif edib.
Xatırladaq ki, son günlər Rusiya Litvaya qarşı hədələyici bəyanatlar verir. Bunu nəzərə alaraq hər 3 Baltikyanı ölkə narahatlıq keçirir. Bu ölkələrin hamısı - Litva, Latviya və Estoniya NATO-nun üzvüdür.
İlahin, Bizimyol.info