Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin çox pul qazanır, amma bu, sanksiyaların təsirli olduğuna işarədir"
"Putin çox pul qazanır, amma bu, sanksiyaların təsirli olduğuna işarədir"

Almaniyanın iqtisadiyyat naziri Robert Habek hesab edir ki, Rusiyanın başlatdığı qaz müharibəsi ona qarşı tətbiq edilən iqtisadi sanksiyaların yüksək effektivliyini sübut edir.

Bizimyol.info xəbər verir ki, nazir yerli mətbuata müsahibəsibdə bildirib ki, Rusiyanın xərcləməyə çox pulu var və o, istənilən an ən böyük müştərisinin “qazını kəsə bilər”.

"Həqiqətən də Putin qalıq yanacaqların satışından pul qazanır. Ancaq bu gəlir Qərbin bu qədər mallara sanksiya qoyması səbəbindən getdikcə daha da azala bilər. Və o qazandığı pulla heç nə ala bilmədiyi üçün deyir ki, qaz tədarükünü azalda bilər. Bu isə sanksiyaların çox təsirli olduğuna işarədir”,- deyə Habek əlavə edib.

Amma sanksiyaların effektivliyi barədə məlumatlı olmaq qazla bağlı vəziyyəti sadələşdirmir. Müharibədən əvvəl almanlar qaza ayda 40-60 avro ödəyirdisə, indi 120 avrodur. Habekin sözlərinə görə, qazın qiyməti daha da artacaq, çünki xaricdən gətirilən maye qaz Rusiya boru kəməri qazından xeyli bahadır.

O, qiymət artımının domino effektinə səbəb olacağı və ciddi tənəzzülə səbəb olacağından ehtiyat edir. "Enerji tədarükçülərinin daha qaz almaq üçün bazardan borc ala bilməyəcəkləri iqtisadi vəziyyətlərdə qalması riski var",- Habek mətbuata açıqlamasında bildirib.

Nazir bu ssenarini 2008-ci ildə qlobal maliyyə böhranına səbəb olan "Lehman Brothers"-in iflası ilə müqayisə edib.

Qeyd edək ki, qazın bahalaşması nəticəsində Rusiya daha çox gəlir əldə etməyə başlayıb. Xaricdən valyuta axını ona gətərib çıxarıb ki, Rusiyada rubl hətta müharibədən əvvəlki səviyyədən də yüksək məzənnə qazanıb. Amma bu, real iqtisadi vəziyyəti yüngülləşdirmir. Bir neçə gün əvvəl Rusiya mətbuatında yer alan bir məqalədə bildirilirdi ki, hətta bərbərxanalarda saç boyaları da tapılmır.

Problemin özünü ən kəskin göstərdiyi sahə yüksək texnologiya sahəsidir. Burada konponentlər xaricdən alındığı üçün bir çox istehsal sahələri dayanıb. Xüsusən də yüksək texnoloji silahların istehsalını davam etdirmək üçün Rusiyanın lazımi detalları yoxdur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »