Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin dünən Brüsseldə keçirilən sammitində bu istiqamətdə müraciət edən Ukrayna və Moldovaya “Namizəd ölkə” statusu verilib.
Bizimyol.info xəbər verir ki, qərar zamanı Ukrayna prezidenti Vladimir Zelenski də iclasda iştirak edib. O, videogörüntü vasitəsilə qoşulub.
Qərarla bağlı hisslərini AB ölkə liderlərinə izah edən Zelenski bunları söyləyib: “Dövlətimizin 30 illik müstəqilliyi, Ukrayna üçün bu ən vacib qərarlardan biridir. Lakin bu qərar təkcə Ukrayna üçün keçərli deyil. Bu, hazırda azadlığımızı və birliyimizi qorumaq qabiliyyətimizi sınaqdan keçirən Rusiyanın hücumları kontekstində Avropanın güclənməsi istiqamətində atılan ən böyük addımdır. Sammitdəki bütün Avropa liderlərinə təşəkkür edirəm. Əllərində silah Ukraynanı müdafiə edən qəhrəmanlarımıza və Avropanın azadlığını müdafiə edən hər kəsə təşəkkür edirəm. Avropanın yeni tarixini mümkün etdiyiniz üçün sizə təşəkkür edirik”.
Onu da əlavə edək ki, bu qərardan sonra Zelenski sosial media hesablarında yazılar dərc etməyə davam edib. Twitter hesabında başqa bir paylaşım edən Zelenski bildirib: “Avropa liderlərinin Ukraynaya namizəd statusu vermək qərarını yüksək qiymətləndirirəm. Çarlz Mişel (Avropa Dövlət və Hökumət Başçıları Şurasının sədri), Ursula fon der Leyenə (Avropa Komissiyasının prezidenti) və Avropa liderlərinə təşəkkür edirəm”.
Səhər saatlarında başqa bir sosial media hesabında qısa video mesaj paylaşan Zelenski, Rusiyanın ölkəsinə hücumlarının davam etdiyi 120 gün və Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə işarə edərək, “bu, Rusiyada bənzərsiz və tarixi bir məqamdır. Ukraynanın gələcəyi Aİ-dədir. Bu qələbədir. 120 gün, 30 il gözlədik”,-deyə bildirib.
Leyla, Bizimyol.info