Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstana Avropa İttifaqına namizəd statusu verilməyib
Gürcüstana Avropa İttifaqına namizəd statusu verilməyib

Avropa İttifaqı Şurası Gürcüstana Aİ-yə namizədi statusu verməyib.

APA xəbər verir ki, bu barədə məlumatı Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabındakı paylaşımında bildirib.

O, qeyd edib ki, Şura Gürcüstana Avropa perspektivi tanınmasına qərar verib. Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.

“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan əlaqələrində tarixi bir andır. Gürcüstanın gələcəyi Aİ ilədir” – deyə diplomat bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »