Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə ABŞ və İngiltərə “uzun müharibə” istəyir...
Niyə ABŞ və İngiltərə “uzun müharibə” istəyir...

Ukrayna nə vaxt Rusiya ilə danışıqlara yaşıl işıq yandırsa, ya ABŞ prezidenti Bayden, ya ABŞ dövlət katibi Blinken, ya da Böyük Britaniyanın baş naziri Conson prosesə müdaxilə edir və Ukrayna prezidenti Zelenski son anda sükanı çevirir.

Bu, hətta müharibənin ilk günlərində, Kiyevin “Rusiyanın dörd şərtindən danışmağa hazırıq” mesajından sonra, İstanbul danışıqlarından sonra da baş verib.

Niyə? Ona görə ki, ABŞ və İngiltərə bu müharibənin bitməsini istəmir? Çünki bu müharibəni ABŞ və İngiltərə birinci olaraq Rusiyaya qarşı yeni strateji xətt qurmaq, ikincisi isə Avropa üzərində hegemonluqlarını saxlamaq üçün başlatdılar.

ABŞ və İngiltərə “uzun müharibə” istəyir

Bu başlığı bir az da genişləndirsək:

1. ABŞ Arktika-Aralıq dənizi strateji xətti qurur: bu xətt Arktika sahillərindən başlayaraq, Baltikyanı da daxil olmaqla, mərkəzi Polşa-Ukraynada yerləşən Şərqi Avropanı əhatə edir, Yunanıstan və Egey boyunca Qərbi Qara dənizə qoşulur və Şərqi Aralıq dənizindən Kritə enir. Ona görə də 2019-cu ildə NATO-nun "Baltik planı" qəbul olundu və buna görə indi İsveç və Finlandiyanı NATO-ya üzv etməyə çalışırlar.

2. Vaşinqton baxımından Avropada müharibənin başlaması və davam etməsi ilə Berlin-Paris tandeminin enerji sahəsində “strateji muxtariyyət” məqsədindən əl çəkməsi mümkündür. Beləliklə, ABŞ həm də Almaniya ilə Rusiya arasındakı əlaqələri kəsməyi hesablayır ki, bu da Avropanın enerji sahəsində ABŞ-dan asılılığına gətirib çıxara bilər.

Almaniya və Fransa müzakirə masasının qurulmasını istəyir

Məhz bu səbəbdən Berlin-Paris tandem həmişə Ukrayna böhranını əngəlləməyə çalışıb. Fransa bu böhranın bölgədə NATO məsələsinə çevrilməsinin qarşısını almağa çalışdı, Rusiyaya qarşı sanksiyalara qarşı çıxdı, sanksiya tətbiq etmək məcburiyyətində qaldıqda enerji siyasətini kənarda qoymağa çalışdı, müharibənin uzanmasına səbəb olacaq hərbi dəstəklər verməkdən çəkindi.

Bütün bu proses zamanı Berlin də daxili çətinliklərlə üzləşdi. Çünki Şolzun ayağı əyləcdə olanda “yaşıllar” qaz pedalına basırdı. Almaniya kansleri Şolz hökuməti saxlamaq üçün daim güzəştlərə gedirdi.

Nəticədə Almaniya, Fransa, hətta İtaliya öz maraqları üçün müharibənin uzanmadan bir təhər bitməsini istəyirlər. Hətta Makron da Kissincer kimi Ukraynanın sülh üçün Rusiyaya torpaq verməli olduğunu müdafiə edir.

Ukraynanın Aİ-yə üzvlüyü üçün yandırılan “yaşıl işıq”

Bu məqsədlə Almaniya kansleri Şolz, Fransa prezidenti Makron və İtaliyanın baş naziri Draqi iyunun 16-da Kiyevə eniş ediblər.

Üçlüyün əsas mesajı Ukraynanın Aİ üzvlüyünə namizədliyinə yaşıl işıq yandırmaq olub. Bu yolun nə qədər uzun və kələ-kötür olması başqa məsələdir, amma bu gün üçün Aİ yolunu Ukraynaya açıq saxlamaq bu üç ölkə üçün önəmli addımdır.

Rusiya üçün bu, “böyük problem” deyil. Moskva Ukraynanın sadəcə NATO üzvlüyünə qarşıdır. Putin bu barədə iyunun 17-də öz fikrini də bildirib: “AB NATO kimi hərbi təşkilat deyil. Rusiya Ukraynanın AB üzvlüyünə qarşı deyil”.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »