Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarşıdakı həftə ərzində Rusiyaya təzyiqlər artacaq”
“Qarşıdakı həftə ərzində Rusiyaya təzyiqlər artacaq”

Yeddi qabaqcıl ölkədən ibarət G7 qrupunun liderləri və NATO ölkələri bir həftə ərzində keçiriləcək sammitlərdə Ukrayna müharibəsinə görə Rusiyaya təzyiqləri artırmaq üçün birlikdə çalışacaqlar.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden şənbə günü Almaniyada iyunun 26-28-də keçiriləcək G7 sammitinə yola düşəcək, sonra isə iyunun 29-30-da Madriddə keçiriləcək NATO sammitində iştirak edəcək. Bayden G7 sammitində Almaniya kansleri Olaf Şolzla, NATO sammitində isə İspaniyanın baş naziri Pedro Sançes və Kral Felipe ilə görüşəcək.

Digər tərəfdən, NATO sammiti zamanı Bayden və Türkiyə prezidenti Tayyib Ərdoğan arasında ikitərəfli görüşün olub-olmayacağı ilə bağlı heç bir açıqlama verilməyib. Bununla belə, mənbə bildirib ki, ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxan Türkiyənin narahatlığının aradan qaldırılacağına və konsensusun əldə olunacağına əmindir.

Madriddə keçiriləcək sammitdə NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu genişləndirmək planlarını açıqlayacağı, ABŞ-ın isə Avropanın təhlükəsizliyini gücləndirmək üçün atacağı addımları ətraflı şəkildə açıqlaması gözlənilir.

Rəsmilər bildiriblər ki, Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderlərinin NATO sammitinə ilk dəfə qatılması Ukrayna müharibəsi səbəbindən Çin məsələsinin Qərb dövlətlərinin gündəmindən çıxmadığını göstərmək məqsədi daşıyır. Bir səlahiyyətli G7 liderlərinin Çinin son illərdə artan "təhlükəli iqtisadi fəaliyyətlərinə" istinad etmələrinin gözlənildiyini və hətta Madriddə keçiriləcək sammitdə NATO-nun yeni strategiya qəbul edəcəyini və ilk dəfə Çin təhlükəsini aradan qaldıracağını bildirib.

Digər tərəfdən, Ukrayna Prezidenti Vladimir Zelenskinin hər iki sammitə videokonfrans vasitəsilə qatılacağı və Rusiyaya qarşı müharibə planını izah edərək bunun həyata keçirilməsi üçün lazım olan dəstəyi ifadə edəcəyi gözlənilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »