Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və Lukaşenko iyunun 23 və 24-də Zavidovoda görüşəcək
Putin və Lukaşenko iyunun 23 və 24-də Zavidovoda görüşəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya qeyri-rəsmi səfər edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Rusiya Federasiyası və Belarus liderləri iyunun 23 və 24-də Zavidovodakı iqamətgahda görüşəcəklər.

“Bu gün, cümə axşamı və cümə günü Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya gəlib. Bu gün Zavidovoda onların Rusiya prezidenti Vladimir Putinlə  qeyri-rəsmi görüşü nəzərdə tutulur. Görüş Moskva vaxtı ilə saat 15:00-da keçiriləcək”, - deyə Kremlin sözçüsü bildirib.

Putin və Lukaşenkonun bu qeyri-rəsmi görüşlərindən media üçün hər hansı yayımın olub-olmayacağı sualına cavab verən Peskov: “Xeyr, medianın iştirakı üçün heç nə planlaşdırılmır”, - deyib.

O qeyd edib ki, cümə axşamı və cümə günləri Rusiya prezidenti Moskva vaxtı ilə saat 15:00-da videokonfrans vasitəsilə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının (BRHÇC) XIV sammitində iştirak edəcək. İyunun 23-də keçiriləcək görüş qlobal inkişafın yeni dövrünə qədəm qoyarkən yüksək keyfiyyətli BRHÇC tərəfdaşlığının gücləndirilməsinə həsr olunub. “Media üçün geniş açıq hissə olacaq, iclası açan və sədrlik edən Çinin dölət rəhbəri Si Tsinping tərəfindən salamlama nitqi olacaq, Cənubi Afrika Prezidenti Cyril Ramaposa tərəfindən salamlama nitqi olacaq, Braziliya Prezidenti Jair Bolsonaro.

Hindistanın baş naziri Narendra Modi və prezident Putin də çıxış edəcək. Liderlər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə “beşlik” çərçivəsində çoxşaxəli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, daha sonra tədbirin qapalı hissəsi baş tutacaq.

Kreml sözçüsü qeyd edib ki, Rusiya liderinin cümə günü sessiyada çıxışı da nümayiş etdiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »