Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda zəlzələ nəticəsində mindən çox insan həlak olub
Əfqanıstanda zəlzələ nəticəsində mindən çox insan həlak olub

Əfqan səlahiyyətliləri cümə axşamı günü ən azı 1000 insanın ölümü ilə nəticələnən zəlzələnin vurduğu ucqar bölgəyə getmək üçün mübarizə apardığını, lakin zəif rabitə və lazımi yolların olmaması onların səylərinə mane olduğunu söyləyiblər.

Bizimyol xəbər verir ki, çərşənbə günü səhər saatlarında Kabildən təxminən 160 km cənub-şərqdə, Pakistanla sərhədə yaxın kiçik yaşayış məntəqələrinin yerləşdiyi quraq dağlarda 5,9 bal gücündə zəlzələ baş verib.

"Biz əraziyə çata bilmirik, şəbəkələr çox zəifdir, biz məlumatlar almağa çalışırıq", - Talibanın ən çox vurduğu Paktika əyalətindəki ali hərbi komandirinin sözçüsü Məhəmməd İsmayıl Müaviyə ilə telefon əlaqəsi saxlayan "Reuters" xəbər agentliyi məlumat verib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 1000-ə yaxın adam ölüb, 1500-dən çox insan yaralanıb. 3000-dən çox ev dağılıb.

Onun sözlərinə görə, çərşənbə günü gecə müxtəlif dağıntılara məruz qalmış ərazilərdə 600-ə yaxın insan xilas edilib.

"Reuters" xəbər verir ki, zəlzələnin episentrinə yaxın olan Qayan şəhərində palçıqla tikilmiş binalarının əksəriyyəti zədələnib və ya tamamilə dağılıb.

Taliban əsgərləri və təcili yardım maşınları ilə dolu yardım ləvazimatları gətirən vertolyot yaxınlıqda yerə enərək nəhəng toz burulğanlarını yaranmasına səbəb olub. Həmin ərazidə təxminən 300 nəfər açıq havada ümidsiz vəziyyətdə təchizat gözlədiyi qeyd edilib.

Xilasetmə əməliyyatı ötən avqustda ölkəni iyirmi illik müharibədən sonra hakimiyyəti ələ keçirən və sanksiyalara görə çoxlu beynəlxalq yardımdan məhrum olan Taliban hökuməti üçün böyük sınaq olacaq. Talibanın rəhbərlik etdiyi Müdafiə Nazirliyi xilasetmə işlərinə rəhbərlik edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »