Rusiya ABŞ və Avropa İttifaqının neft embarqosuna baxmayaraq, yüksək enerji qiymətləri səbəbindən mənfəət əldə etməyə davam edir. ABŞ isə yeni ideya üzərində düşünür. O elə etmək istəyir ki, Rusiya neftini o qədər ucuz satsın ki, müharibə etməyə gücü olmasın.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb. Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Kanada Rusiya neftinə qadağa qoyduğunu, Avropa İttifaqı isə Rusiya neftinin dekabr ayına, yanacağın isə gələn ilin əvvəlinə qədər dənizdən daşınmasına qadağa qoyacağını açıqlayıb.
Dünyanın hələ də Rusiya enerjisinə ehtiyacı olması ilə bağlı narahatlıqlar olduğu üçün ABŞ-ın maliyyə naziri Janet Yellen fərqli həll yolu təklif edir. Onun fikrincə, sanksiyalardan çəkinən ölkələrə neft almağa davam etmələrinə icazə verilməlidir. Amma Moskvanın bu satışlardan əldə etdiyi mənfəəti azaldılmalıdır.
“Müttəfiqlər Rusiya üçün enerji gəlirlərinin daha da məhdudlaşdırılması və qlobal iqtisadiyyatda sıçrayışların qarşısının alınması üçün qiymət məhdudiyyətlərini müzakirə edirlər”,- deyə Yellen bildirib.
Dünya neft tankerləri donanmasının təxminən 95 faizi Londondakı Beynəlxalq Müdafiə və Təminat Klubları Qrupu və kontinental Avropada yerləşən bəzi firmalar tərəfindən idarə olunur. Avropa ölkələri artıq Rusiyanın neft tədarüklərini sığortalamağı dayandırmağa razılaşıblar.
Qərb hökumətləri alıcılara gəmidə neft üçün müəyyən qiymətdən artıq ödəməməyə razılaşdıqları müddətcə bu sığortadan istifadə etməyə davam edə biləcəklərini söyləyərək qiymət həddi tətbiq etməyə cəhd edə bilər.
Bəzi Avropa rəsmiləri isə bu ideyadan çəkinir. Çünki bu Avropa İttifaqından təsdiqlənməsi həftələr boyunca çəkmiş son sanksiyalar paketinin hüquqi mətnini yenidən açmağı tələb edəcək. Sanksiyalar isə blokun 27 ölkəsi arasında yekdillik tələb edir. Əgər müttəfiqlər qiymət həddi ilə bağlı razılığa gəlsələr, lakin onu saxlaya bilməsələr, bu, Putinə simvolik qələbə qazandıracaq.
İlahin, Bizimyol.info