Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviya Rusiyanın hücumuna hazırlaşır: "72 saatlıq ərzaq və su ehtiyatı toplayın"
Latviya Rusiyanın hücumuna hazırlaşır: "72 saatlıq ərzaq və su ehtiyatı toplayın"

Latviyanın Müdafiə Nazirliyi respublikaya qarşı hərbi təcavüz olacağı ilə bağlı ehtimallar qarçısında vətəndaşlara ərzaq və su almağı tövsiyə edib. Bildirilib ki, hər kəsin evdə ən azı 72 saatlıq qida ehtiyatı olmalıdır. Bununla yanaşı, dərman və zəruri əşyaların ehtiyatı olmalıdır.

Bizimyol.info Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yayımlanıb.

“Həmçinin ilk tibbi yardım haqqında biliklərinizi mütəmadi olaraq yeniləmək və böhran zamanı lazımi tədbirləri yaxınlarınızla əvvəlcədən məsləhətləşmək tövsiyə olunur”,- deyə nazirliyin rəsmi saytında bildirilir.

“Böhran vəziyyətində gündəlik həyat kəskin şəkildə dəyişir. Çünki elektrik, qaz, istilik, kommunal xidmətlər, internet və mobil rabitə kimi kritik xidmətlər mövcud olmaya bilər. Mağazalar və yanacaqdoldurma məntəqələri işləməyə, bankomat və ödəniş kartları işləməyə bilər. Tibb müəssisələri və xilasetmə xidmətlərinə problemlər yarana bilər.

Hərbi təcavüz baş verdikdə, məsul qurumlar və silahlı qüvvələr risklərin idarə edilməsi tədbirlərini həyata keçirəcək. Buna görə də hər kəs təcavüzün ilk günlərində ən azı 72 saat sağ qala bilməlidir. Özünüzü və yaxınlarınızı qorumağın ən yaxşı yolu istənilən böhran vəziyyətinə vaxtında hazırlaşmaqdır”,- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, nazirliyin saytında konkret olaraq hansı böhran və ya hərbi təcavüzün olacağı barədə məlumat verilməyib. Sadəcə olaraq, insanları hər an, hər bir hadiəyə hazır olmağa çağırış edilib. Və bildirilib ki, hər hansı bir hadisə baş verəcəyi təqdirdə ilk 3 gün daha riskli olacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya başqa bir Baltikyanı ölkəni - Litvanı hədələyib. Litva Avropa İttifaqının sanksiyaları çərçivəsində öz ərazisi vasitəsilə Rusiyadan Kaliniqrada yükdaşımaları dayandırıb. Kalininqrad Rusiyanın şəhəri olsa da, ölkə ilə birbaşa sərhədi yoxdur. Nəticədə Kaliniqradda ciddi böhran başlayıb. Rusiya Litvanın bu qərarına cavab olaraq hədə tonunda açıqlamalar verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın cavabının çox sərt olacağını bildirib.

ABŞ isə Litvanı müdafiə edib. Ağ Ev bildirib ki, 5-ci maddəyə əsasən Litvaya təcavüz olarsa, ABŞ ordusu dərhal cavab verəcək. Həmçinin rəsmi Vaşinqton Litvanın Rusiyaya qarşı sanksiya tədbirlərini dəstəkləyb.

Qeyd edək ki, Litva ilə yanaşı, Latviya və Estoniya da NATO üzvüdür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »