Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-İsrail yaxınlaşması davam edir: Yair Lapid Ankaraya gəlib
Türkiyə-İsrail yaxınlaşması davam edir: Yair Lapid Ankaraya gəlib

İsrailin baş diplomatı İranın Türkiyə ərazisində israilli turistləri öldürmək və ya qaçırmaq planına dair sərt xəbərdarlıqlar fonunda cümə axşamı Ankaraya gəlib.

Bizimyol.info xəbər verir ki, onun səfəri Türkiyənin həm İsrail, həm də İranla əlaqələri yaxşılaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.

Xarici işlər naziri Yair Lapidi səfərdə bir neçə İsrail rəsmisi müşayət edir. Nazir ölkəsinin vətəndaşlarını Türkiyəyə səfər etmək planlarından müvəqqəti olaraq çəkinməyi söyləyib. O, hazırda Türkiyədə olan israillilərin mümkün qədər tez evlərinə dönməsini və ya otellərdə ehtiyatlı olaraq qalmalarını məsləhət bilib.

Yair Lapid Yair Lapid

Son həftələrdə İranın yüksək rütbəli təhlükəsizlik zabitlərinin İsrail tərəfindən öldürülməsini iddia edərək qisas alacaqlarını deyərək edilən təhdid əməllərinin qarşısını almaqda Türkiyə hakimiyyətinin təmkinli hərəkətlərini və əməkdaşlığa göstərdikləri diqqəti xüsusi olaraq vurğulayıblar.

İddialarla bağlı Ankaradan yeganə söz, ötən həftə Xarici İşlər Nazirliyinin Türkiyənin “təhlükəsiz ölkə olduğunu və terrorla mübarizəni davam etdirdiyini” bildirməsi olub.

"Türkiyə İran və İsrail arasındakı münaqişədə tərəf tutmamağa çalışır, lakin eyni zamanda bu cür əməliyyatlara - iranlıların planlaşdırdıqları kimi - öz ərazisində icazə verməyəcəyinə dair qəti mesaj verir",- deyə İstanbullu geosiyasi analitik Suha Çubukçuoğlu qeyd edib.

Səudiyyə Ərəbistanının faktiki hökmdarı olan vəliəhd şahzadə Məhəmməd bin Salmanın çərşənbə günü Ankaraya səfərini qeyd edərək o, Türkiyənin bölgənin üç ən güclü dövləti ilə “tarazlıq hərəkəti” oynadığını deyib.

Son bir il ərzində Ankara Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi bir sıra regional rəqibləri ilə münasibətləri düzəldir. Onun körpü qurduğu ölkələr siyahısında İsrail və İran da var.

Keçən ay Mövlud Çavuşoğlu İsrail prezidenti İsak Herzogun mart ayında Ankaraya səfərindən sonra 15 ildə İsrailə səfər edən ilk Türkiyə xarici işlər naziri olub. Çavuşoğlu və Lapid görüşünün diplomatik, təhlükəsizlik və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına da yol açacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »