Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, dövlət başçısı iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.