Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Ukraynada müharibə uzun sürəcək
Stoltenberq: Ukraynada müharibə uzun sürəcək

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Alyansdakı müttəfiqlər lazım olduğu qədər Ukraynanı silahla təmin etməyə davam edə bilərlər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” məlumat dərc edib. Stoltenberq Ukraynadakı müharibənin uzunmüddətli olacağını vurğulayıb.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin silah təminatını dayandırmamaq üçün "siyasi və mənəvi öhdəlikləri" var.

“Biz NATO müttəfiqlərinin uzun müddətdir etdikləri kimi müasir silahlar, ağır silahlar təqdim etməliyik və NATO da dəstək verməkdə rol oynamalıdır. Biz Ukraynanı meydanda Rusiyaya qarşı tək qoya bilmərik. Lazımi kömək və dəstək nümaiş etdirilir həmçinin bunu cəbhədəki vəziyyətə uyğun şəkildə davam etdirməliyik”,- deyə Stoltenberq vurğulayıb.

O vurğulayıb ki, Ukraynada müharibə əslində hələ 2014-cü ildə, Rusiya Krımı ilhaq edən və Ukraynanın şərqindəki silahlıları dəstəklədiyi vaxt başlayıb: "Həmin vaxt bu işğal lazımi səviyyədə dəyərləndirirməyib. Sonrakı proseslər üçün bu Rusiyaya sitimul verib. Artıq bunun qarşısı alınmalı, müharibəyə, insan təlafatına və Avropanın ərazisində bir dövlət digər ölkənin ərazisini işğal etməsinə icazə verilməməlidir. Dövlətlərin müstəqillik və ərazi bütövlüyünün qorunmasına yardım etməkdən çəkinməməliyik. Çünki bu insident qitədə başqa münaqişə ocaqlarının yaranmasına stimul verə bilər", - deyə o qeyd edib.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun (“Ramşteyn-3” adlanır) iclası baş tutub. Bu görüşdə Ukraynanın təcili silahlanma ehtiyacları müzakirə edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »