"Rusiya işğalçıları Luqansk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçiriblər. Düşmən Lisiçansk -Severodonetsk yaxınlığında yerləşən Loskutovka və Ray-Aleksandrovkanı ələ keçirib. Bundan əlavə, "raşistlər" Lisiçansk-Baxmut magistralına nəzarəti ələ keçirmək planlarını tərk etmirlər".
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yeni xülasəsində deyilir.
Donetsk istiqamətində düşmən əsas səylərini Severodonetsk üzərində tam nəzarətin yaradılmasına cəmləşdirir. Bundan əlavə, işğalçı Lisiçansk bölgəsində Ukrayna hərbçilərini mühasirəyə almaq üçün hücum əməliyyatlarını davam etdirir.
"Düşmən Severodonetsk istiqamətində Loskutovka, Ray-Aleksandrovka yaşayış məntəqələrini ələ keçirib. Sirotin yaşayış məntəqəsinə nəzarəti təmin etmək üçün hücum əməliyyatları həyata keçirir. Severski Donetsk çayını ələ keçirmək etmək üçün hazırlıq tədbirləri həyata keçirir", - deyə Baş Qərargahın məlumatında bildirilir.
Baxmut istiqamətində düşmən Zolote və Volçeyarovka istiqamətlərində hücum əməliyyatları aparır. Rus ordusu Baxmut-Lısıçansk magistralına nəzarəti bərpa etmək üçün Berestovye ərazisində strateji əhmiyyətli yüksəklikləri ələ keçirmək istəyirlər.
"Göstərilən ərazidə qruplaşmanı gücləndirmək üçün Novotoşkivske qəsəbəsi ərazisində düşmən Mərkəzi Hərbi Dairədən bir tabor taktiki qrupun yerdəyişməsini edərək bu istiqamətə gətirib", - Baş Qərargah əlavə edib.
Kramatorsk, Avdeyevski, Kuraxovski, Novopavlovski və Zaporojye istiqamətlərində düşmən aktiv əməliyyatlar keçirmədi. Bununla belə, orada düşmən Ukrayna hərbçilərinin həkət imkanlarını azltmaq üçün atəş açmağa davam edir.
Bundan əvvəl UNIAN artıq ISW analitiklərinin Lisiçanskın tutulması ilə bağlı proqnozu pisləşdirdiyini bildirib. Yaxın günlərdə şəhər ələ keçirilə bilər.
Qadir, Bizimyol.info