Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Belarusa "S-300"lər yerləşdirib - Hədəf Avropadır
Rusiya Belarusa "S-300"lər yerləşdirib - Hədəf Avropadır

İyunun 22-nə keçən gecə "S-300" hava hücumundan müdafiə sistemi üçün Rusiya reaktiv yaylım atəşi sistemlərinin yeni partiyası Belarus ərazisinə gətirilib. Söhbət ən azı 16 raketdən gedir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Belarusian Qayun” Telegram kanalı məlumat yayıb.

Zelnski: "Rusiyanın son hədəfi Ukrayna deyil, Kremil Avropanın bir çox ölkəsinə iddialıdır", - deyə söylədiyi fikir artıq təstiqini tapmaqdadır.  Moskva addım-addım Avropa sərhədlərinə sürünür. Dünən "Mi-8" vertolyotu  ilə Estoniyanın hava məkanını pozması da bu qəbildən olan hadisədir.

Monitorinq qrupu qeyd edib ki, gecə saatlarında iki "İl-76MD" PKS RF təyyarəsi Qomel hava limanına, ehtimal ki, Pskovdan gəlib: birinci təyyarə (qeydiyyat nömrəsi RF-76650) iyunun 22-də saat 03:30-da gəlib; ikinci (RA-78845) 5:30-da eniş etdi.

Telekanalın məlumatına görə, təyyarələr Belarusa "S-300" hava hücumundan müdafiə sistemi üçün ən azı 16 raket, həmçinin, ehtimal ki, bir "Pantsir" hava hücumundan müdafiə raket kompleksi gətirib.

Mənbənin məlumatına görə "S-300" hava hücumundan müdafiə sistemlərinin partiyası artıq Belarusa gəlib. İyunun 21-də axşam saatlarında Qomel hava limanına reaktiv yaylım atəşi sistemləri üçün ağır hərbi yük çəkiçiləri (BAZ-6402 tipli) gəlib. Onlar Qomel küçələri ilə hərəkət edən zaman şəhərin işıqları məqsədli şəkildə söndürülüb.

Boşaldıqdan sonra saat 06:25 və 08:00-da təyyarələr Pskov istiqamətində geri qayıdıb. Və maşınlar saat 8:30 radələrində hava limanını tərk edərək Reçitsa istiqamətində hərəkət ediblər.

Ukrayna mətbuatının bu gün verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Belarusun Ukrayna ilə sərhəddə kəşfiyyat apardığını və mühəndis mövqelərini təchiz etdiyini açıqlayıb.

Bu gün Belarus Müdafiə Nazirliyi iyunun 22-dən iyulun 1-dək Ukrayna ilə həmsərhəd Qomel vilayətində “səfərbərlik təlimləri” elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »