Əfqanıstanın Paktika əyalətində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı 950 nəfər ölüb. Səhər saatlarında verilən məlumatda bu rəqəm 250 göstərilirdi.
Bizimyol.info xəbər verir ki, ölkənin Paktika əyalətində gecə saatlarında baş verən zəlzələdə tam dəqiqləşməmiş məlumata görə 950 nəfərin həyatını itirdiyi, 610 nəfərin isə yaralandığı məlum olub.
Taliban administrasiyasının Təbii Fəlakətlər Nazirliyinin rəhbəri Mohammad Nassim Haqqani bölgəyə əlavə xiasedicilər və yardım göstəriləcəyini barədə açıqlama verib.
Təbii fəlakət qonşu dövlətə də sirayət edib, lakin Pakistandan dövləti indiyədək hər hansı dağıntı və ya ölüm xəbər verməyib. Pakistan, Əfqanıstan və Hindistanı əhatə edən 500 kilometrlik ərazidə zəlzələni 119 milyon insan hiss edib. Zəlzələ Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda da hiss olunub.
Qadir, Bizimyol.info